Epşteynin "Günah adası"ndan ilk FOTOLAR
Bizi izləyin

Dünya

Epşteynin "Günah adası"ndan ilk FOTOLAR

ABŞ Nümayəndələr Palatasının Nəzarət Komitəsinin Demokrat üzvləri onlarla azyaşlı qızın istismar edildiyi şəbəkə ilə bağlı ittiham olunan Ceffri Epşteynin şəxsi adası “Little Saint James”dən əvvəllər yayımlanmamış foto və videolar paylaşıblar.

Publika.az xəbər verir ki, demokrat nümayəndə Robert Qarsiya görüntüləri komitənin “X” hesabında paylaşaraq yazıb:

“Epşteynin xüsusi adasının əvvəllər heç vaxt görünməmiş foto və videolarını əldə etdik. Bu görüntülər onun qapalı qapıları arxasında baş verən dəhşətli mənzərəni göstərir. Özünüz görün. Ört-bas əməliyyatına son verib sağ qalanlar üçün ədaləti təmin edənə qədər mübarizəmizi dayandırmayacağıq”.

Paylaşılan videolarda yataq otağı və vanna otağı hissələri, stomatoloji klinikadakı kreslo və müxtəlif ofis etiketləri (məsələn, “NY Office”, “Rich Office”, “Mike Cell”) yer alır.

Epşteynin adası ABŞ Vircin adalarında yerləşir, “Little Saint James” və “Great Saint James” adlarından ibarətdir. “Little Saint James” 1998-2019-cu illərdə Epşteynin mülkiyyətində olub. Yerli əhali arasında adaya “Epstein adası”, “Günah adası” və “Pedofil adası” kimi adlar verilib.

Epşteyn adada siyasətçilər və iş adamları da daxil olmaqla, çoxsaylı qonaqları qəbul edib. Dava sənədlərində Şahzadə Endryu, ABŞ-nin keçmiş prezidenti Bill Klinton, İsrailin keçmiş baş naziri Ehud Barak, ABŞ-nin keçmiş vitse-prezidenti Al Qor, aktyor Kevin Speysi, müğənni Maykl Cekson, illüzionist Devid Kopperfild və vəkil Alan Dershovitz kimi tanınmış şəxslərin adı çəkilir.

Uzun müddətdir gözlənilən Epşteyn sənədlərinin açıqlanmasına dair qanun layihəsi Konqresin hər iki palatasında qəbul olunub. ABŞ Baş prokuroru Pam Bondi 19 noyabrda sənədlərin 30 gün ərzində açıqlanacağını elan edib, ABŞ Prezidenti Donald Tramp isə layihəni təsdiqləyib.

Ən kiçiyi 14 yaşında olmaqla, 18 yaşından kiçik onlarla qızı cinsi istismar etməkdə və fahişəlik şəbəkəsi idarə etməkdə ittiham olunan Epşteyn 10 avqust 2019-cu ildə Nyu-Yorkun Manhetten Metropolitan Mərkəzi Həbsxanasındakı kamerasında ölü tapılıb.

ABŞ Federal Təhqiqat Bürosu (FTB) ABŞ Ədliyyə Nazirliyi ilə apardığı araşdırmada məşhur şəxslərin “müştəri siyahısı”na dair heç bir dəlil tapmadığını açıqlayıb. Məhkəmədə hökumət rəsmilərinin, məşhurların və iş adamlarının cinayətlərində iştirakının gizlədilməsi məqsədilə öldürüldüyü iddia edilən Epşteynin, əslində, kamerasında intihar etdiyi qənaətinə gəlinib.

(Qafqazinfo)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm