Dünya
ABŞ Putinə yaxın oliqarxın əmlakını idarə edən şirkəti cərimələdi - 7,1 milyon dollar...
ABŞ Maliyyə Nazirliyi Nyu-Yorkda fəaliyyət göstərən Gracetown Inc. şirkətini sanksiyalara əməl etmədiyinə görə 7,1 milyon dollar cərimələyib.
Publika.az xəbər verir ki, şirkət 2018–2020-ci illərdə Rusiyalı oliqarx Oleg Deripaskaya məxsus daşınmaz əmlak üçün 24 ödəniş həyata keçirib.
ABŞ Deripaskanı 2018-ci ildə sanksiya siyahısına salıb. Sanksiyalar onun ABŞ-dakı bütün aktivlərini dondurur və amerikalı şirkətlərin onunla hər hansı əməkdaşlığını qadağan edir. OFAC bildirir ki, Gracetown qadağalar barədə rəsmi xəbərdarlıq aldığı halda onun əmlaklarını idarə etməkdə davam edib.
İstintaq sənədlərinə görə, şirkət daha əvvəl Deripaskaya ABŞ sanksiyalarından yayınmaqda kömək etdiyi üçün həbs olunan britaniyalı biznesmen Qraham Bonham-Karterlə də əlaqələndirilir.
Maliyyə Nazirliyinin rəsmiləri deyiblər ki, bu qərar sanksiyalara məhəl qoymayan şirkətlərin ciddi maliyyə nəticələri ilə üzləşəcəyini göstərir.
(Teleqraf)
-
MDB09:10Ali Məhkəmənin keçmiş hakimindən milyonlarla pul müsadirə edildi - FOTO
-
ABŞ08:45Tramp peyvəndlərlə bağlı direktiv imzaladı - Uşaqlara 72 iynə vurulmamalıdır
-
MDB07:55Dodaqlarını böyüdən qadın metroya daxil ola bilmədi
-
Qoroskop01:40Günün ulduz falı: gözlənilməz bir mesaj və ya görüş gözlənilir
-
Hadisə00:15Bakı metrosunda nasazlıq - Sərnişinlər düşürüldü
-
İdman5 Dekabr 23:35"DÇ-2026"nın final mərhələsinin püşkü atıldı - Qruplar
-
İKT5 Dekabr 21:39İlon Maska zərbə: "X" 120 milyon avro cərimələndi
-
Dünya5 Dekabr 20:00Dünya tikan üstündədir: "Yadplanetli gəmi" hökumətləri hərəkətə keçirdi









.png)
.jpg)





.jpg)












.jpg)


