ABŞ
Tramp peyvəndlərlə bağlı direktiv imzaladı - Uşaqlara 72 iynə vurulmamalıdır
Dekabrın 5-də ABŞ Prezidenti Donald Tramp ölkədə uşaqların həddən artıq peyvənd edildiyini bildirərək Səhiyyə və İnsan Xidmətləri Departamentinə təcili olaraq digər dövlətlərdə peyvənd cədvəllərini nəzərdən keçirməyi tapşırıb.
Publika.az xəbər verir ki, Ağ Ev rəhbəri bu barədə "Truth Social"da yazıb.
O bildirib ki, Səhiyyə və İnsan Xidmətləri Departamentindən digər ölkələrdə peyvənd cədvəllərinin hərtərəfli qiymətləndirilməsini sürətləndirməyi istəyib.
Tramp ABŞ-ın peyvənd cədvəlini nəhayət elmin və sağlam düşüncənin qızıl standartlarına əsaslanması üçün daha yaxşı kalibrləməsini tələb edən yeni direktivi imzaladığını açıqlayıb.
Onun sözlərinə görə, mövcud peyvənd cədvəli çoxdan tam sağlam uşaqlara 72 iynə vurulmasını tələb edir. ABŞ lideri bu vəziyyəti gülünc adlandırıb. O, həmçinin özü ilə yanaşı, bir çox valideyn və alimin də bunun effektivliyinə şübhə ilə yanaşdıqlarını diqqətə çatdırıb.
Ağ Evin dərc etdiyi direktivin mətninə əsasən, Səhiyyə və İnsan Xidmətləri Departamenti uşaqların ABŞ-a nisbətən daha az xəstəliklərə qarşı peyvənd olunduğu inkişaf etmiş ölkələrdə (Almaniya, Danimarka və Yaponiya) peyvənd qrafiklərini öyrənməlidir.
-
Magazin101:11Cennifer Lopez səhnəyə elə libada çıxdı ki... - FOTO
-
Qoroskop00:00Günün ULDUZ FALI - Bu sizə ən doğru yolu göstərəcək
-
Nida Xəbər 2 İyul 23:12Hər şey çox sadə və əlçatandır: MN-dən yenilik - VİDEO
-
Region2 İyul 23:00Kürdlər İrana daxil oldular - Şiddətli döyüşlər başladı, ölənlər var
-
Cənubi Qafqaz2 İyul 21:48Ermənistanda zəlzələ baş verdi
-
Magazin12 İyul 21:12Natiq Şirinov 35 min təzminat alacaq - FOTO
-
Magazin22 İyul 19:36Məşhur müğənni şahzadə və xanımını toyuna dəvət etdi
-
İdman2 İyul 18:36Volk Messi və Ronaldo arasında seçim etdi











.jpg)



















.jpg)





