MDB
Dodaqlarını böyüdən qadın metroya daxil ola bilmədi
Rusiyanın Nijni Novqorod şəhərində maraqlı hadisə baş verib.
Publika.az xəbər verir ki, biometrik (üztanıma) sistemindən istifadə edən bir qadın dodaqlarını dolğunlaşdırdığı üçün metroya daxil ola bilməyib.
"Ura.ru"nun yaydığı məlumata görə, adı açıqlanmayan qadın dodaqları böyük olduğu üçün metro turniketindən keçə bilməyib.
O, daha sonra biometrik sistem funksiyasını digər məkanlarda da sınayıb və bütün cəhdləri uğursuz olub.
Plastik cərrah Nadejda Rojdestvenskaya nəşrə verdiyi müsahibədə üzə həddindən artıq müdaxilənin biometrik sistemdən istifadədə problemlər yarada biləcəyini təsdiqləyib. Onun sözlərinə görə, görünüşdəki dəyişikliklərdən sonra klinikadan əməliyyatı təsdiqləyən sənədləri alıb müvafiq quruma təqdim etmək olar. Lakin hər dəyişiklikdən sonra biometrik məlumatlar da yenidən dəyişdirilməlidir.
Ləman
-
MDB08:12Rusiyada güclü zəlzələ baş verdi
-
Ekologiya07:1741 dərəcə isti olacaq - PROQNOZ
-
Magazin106:16Günayın Misir tətili - FOTO
-
Sağlamlıq05:45Dondurma yeyərkən dişlərimiz buna görə ağrıyırmış...
-
Yaxın Şərq03:43Milli təhlükəsizlik nazirinin evinin yaxınlığına dron düşdü
-
İdman00:45Tanınmış tennisçi futbolçu oldu
-
Magazin100:15Böyük bədənli model dərin dekolteli libasda belə rəqs etdi - VİDEO
-
Qoroskop00:00Üç bürc üçün dönüş nöqtəsi - Gələn həftə nələr baş verəcək?


































