ABŞ
ABŞ və Ukrayna təhlükəsizlik tədbirləri çərçivəsi barədə razılığa gəldi
ABŞ Prezidentinin sülh üzrə xüsusi elçisi Stiv Uitkof və Cared Kuşner Ukraynada davamlı və ədalətli sülhün əldə olunması ilə bağlı konstruktiv müzakirələr aparmaq üçün Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Rüstəm Umerov və Baş Qərargah rəisi general Andrey Qnatovla görüşüblər.
Publika.az xəbər verir ki, bu barədə ABŞ-ın görüşün nəticələrinə dair yaydığı bəyanatda bildirilib.
Qeyd olunub ki, qrupun son iki həftə ərzində altıncı görüşü keçirilib.
İclasda ABŞ tərəfinin Rusiyadakı son görüşünün nəticələri və bu müharibəyə son qoymaq üçün atıla biləcək addımlar müzakirə edilib. Tərəflər, həmçinin təhlükəsizlik tədbirləri çərçivəsi barədə razılığa gəliblər və davamlı sülhü qorumaq üçün zəruri çəkindirmə imkanlarını müzakirə ediblər. Ukraynanın müharibədən sonrakı yenidən qurulmasını, ABŞ-Ukrayna birgə iqtisadi təşəbbüslərini və uzunmüddətli bərpa layihələrini dəstəkləməyi hədəfləyən gələcək rifah planları da nəzərdən keçirilib.
Razılığa əsasən, istənilən razılaşmaya doğru real irəliləyiş Rusiyanın uzunmüddətli sülhə, o cümlədən gərginliyin azaldılması və ölümlərin dayandırılmasına yönəlmiş addımlara ciddi sadiqlik göstərməyə hazır olmasından asılıdır.
Sabah keçiriləcək növbəti görüşdə müzakirələr davam etdiriləcək.
-
Magazin101:11Cennifer Lopez səhnəyə elə libada çıxdı ki... - FOTO
-
Qoroskop00:00Günün ULDUZ FALI - Bu sizə ən doğru yolu göstərəcək
-
Nida Xəbər 2 İyul 23:12Hər şey çox sadə və əlçatandır: MN-dən yenilik - VİDEO
-
Region2 İyul 23:00Kürdlər İrana daxil oldular - Şiddətli döyüşlər başladı, ölənlər var
-
Cənubi Qafqaz2 İyul 21:48Ermənistanda zəlzələ baş verdi
-
Magazin12 İyul 21:12Natiq Şirinov 35 min təzminat alacaq - FOTO
-
Magazin22 İyul 19:36Məşhur müğənni şahzadə və xanımını toyuna dəvət etdi
-
İdman2 İyul 18:36Volk Messi və Ronaldo arasında seçim etdi











.jpg)



















.jpg)





