Putinin başqa yolu qalmadı: Trampın planını qəbul etməsə, ağır sanksiyalar gəlir
Bizi izləyin

Dünya

Putinin başqa yolu qalmadı: Trampın planını qəbul etməsə, ağır sanksiyalar gəlir

Donald Tramp administrasiyası, Vladimir Putin ABŞ-ın rəhbərlik etdiyi sülh planını qəbul etməkdən imtina edəcəyi təqdirdə ona təzyiqi artırmaq üçün Rusiyanın enerji sektoruna qarşı yeni sanksiyalar hazırlayır.

Publika.az xəbər verir ki, “Bloomberg”in vəziyyətlə tanış mənbələrə istinadən verdiyi məlumata görə, yeni sanksiyalar gələn həftənin əvvəlində tətbiq oluna bilər. Bu sanksiyalar "kölgə donanması" gəmilərinə, eləcə də Rusiyanın alıcılara neft daşımaq üçün istifadə etdiyi ticarət şirkətlərinə təsir edəcək.

Agentliyin mənbələrinə görə, Trampın sülh planı əsas məsələlərdə həll olunmayıb. Kremlin bütövlükdə tələb etdiyi Donbasın taleyi, eləcə də Zaporojye Atom Elektrik Stansiyasının və Avropadakı dondurulmuş Rusiya aktivlərinin gələcəyi ilə bağlı fikir ayrılıqları qalmaqdadır. Sülh planına həmçinin Rusiyanın əvvəllər qəti şəkildə rədd etdiyi Avropa qoşunlarının Ukraynaya yerləşdirilməsi də daxildir.

“Bloomberg” mənbələri bildirib ki, Putinə təzyiq göstərmək üçün sanksiyalarla bağlı qərar hələ verilməyib və bu, Donald Trampdan asılıdır.

ABŞ-ın oktyabr ayının sonunda tətbiq etdiyi əvvəlki sanksiyalar Rusiyanın iki ən böyük neft şirkəti olan “Rosneft” və “Lukoil”i hədəf almışdı. Bu sanksiya Rusiya neft ixracını iflic etməsə də, neft qiymətlərinin kəskin şəkildə aşağı düşməsinə səbəb oldu.

Tural

Oxumağa davam et
Reklam
Reklam

Gündəm