MDB
Məhkəmə qızının qətlini sifariş edən anaya bəraət verdi: Aləm qarışdı
Çelyabinsk Vilayət Prokurorluğu 12 yaşlı qızının qətlini sifariş etməyə cəhd göstərməkdə ittiham olunan qadının bəraət hökmündən apellyasiya şikayəti verib.
Publika.az Rusiya mətbuatına istinadən xəbər verir ki, Aqapovski Rayon Məhkəməsi münsiflər heyəti ilə birlikdə cinayətin sübut olunmamasını əsas gətirərək qadına bəraət verib.
Qeyd olunur ki, hadisə 16 aprel 2025-ci ildə İzmailovski kəndində baş verib. Müstəntiqlərin sözlərinə görə, təqsirləndirilən şəxs tanışı olan kişiyə pul verməklə qızını evin həyətindəki çayda boğmağa razı salmağa çalışıb. Söhbətdən sonra kişi hadisə barədə hüquq-mühafizə orqanlarına məlumat verib. Onun ifadəsi əsasında yetkinlik yaşına çatmayan şəxsin qətlinin təşkili maddəsi ilə cinayət işi açılıb.
Prokurorluq isə Çelyabinsk Vilayət Məhkəməsinə apellyasiya şikayəti verərək bəraət hökmünün ləğv edilməsini tələb edib.
Apellyasiya şikayəti artıq yuxarı məhkəmə tərəfindən baxılmaq üçün qəbul edilib.
Adəm
-
Hadisə20:33Milli Yaylaq Festivalında dörd nəfər xəsarət alıb - Yeniləndi (FOTOLAR)
-
MDB20:15Azərbaycanla Ermənistan arasındakı münaqişənin mənşəyi bizə tam aydın idi - Tokayev
-
İdman19:45Kamilo Duran "Milan"a qol vurdu - VİDEO
-
Avropa19:39İspaniyadan presedentsiz addım - 70 min insan təxliyə edildi
-
Hadisə19:15Şəhid anası vəfat etdi - FOTO
-
Hadisə19:00Müharibə veteranı vəfat etdi - FOTO
-
Elm və təhsil18:09Bakı Qızlar Universiteti bağlanır? - Diplom məsələsi necə olacaq?-VİDEO
-
Region16:21Ermənistanda doğum sayı azaldı






















.jpg)













