MDB
Lukaşenko ABŞ-ın Ukraynadakı əsas maraqlarını AÇIQLADI
ABŞ əsasən Ukraynadakı nadir torpaq metalları ilə maraqlanır.
Publika.az xəbər verir ki, bunu Belarus Prezidenti Aleksandr Lukaşenko deyib.
“Onlar (amerikalılar) nə istədiklərini bilirlər — həm Venesueladan, həm Rusiyadan, həm də Ukraynadan. Bu məsələni biz çox müzakirə etmişik. Əsasən isə Ukrayna ilə bağlı nadir torpaq metallarıdır. Onlar öz bizneslərini irəli aparırlar, öz iqtisadi maraqlarını təbliğ edirlər”, - deyə o bildirib.
Daha əvvəl Amerikanın "The National Interest" jurnalı ABŞ-ın Ukrayna ilə müqavilədən sonra əldə etmək istədiyi mineral ehtiyatların Rusiyanın davam edən hərbi hücumu fonunda Rusiyanın əlinə keçdiyini bildirmişdi. Jurnalın məlumatına görə, Ukrayna heç vaxt bu resurs müqaviləsini ciddiyə almayıb.
Qeyd edək ki, mayın 1-də ABŞ və Ukrayna nadir torpaq metalları ilə bağlı saziş imzalayıblar. Sənəddə ölkələr arasında hasilat sənayesində birgə layihələr üçün investisiya fondunun yaradılması nəzərdə tutulur. Xüsusilə, Ukraynanın neft, qaz və digər resurs yataqlarının işlənməsi və istismarı planlaşdırılır.
Hüseyn İbadlı
-
Hadisə20:33Milli Yaylaq Festivalında dörd nəfər xəsarət alıb - Yeniləndi (FOTOLAR)
-
MDB20:15Azərbaycanla Ermənistan arasındakı münaqişənin mənşəyi bizə tam aydın idi - Tokayev
-
İdman19:45Kamilo Duran "Milan"a qol vurdu - VİDEO
-
Avropa19:39İspaniyadan presedentsiz addım - 70 min insan təxliyə edildi
-
Hadisə19:15Şəhid anası vəfat etdi - FOTO
-
Hadisə19:00Müharibə veteranı vəfat etdi - FOTO
-
Elm və təhsil18:09Bakı Qızlar Universiteti bağlanır? - Diplom məsələsi necə olacaq?-VİDEO
-
Region16:21Ermənistanda doğum sayı azaldı






















.jpg)













