Dünya
Rusiyadan neft alan ölkələri bu aqibət gözləyir - Layihə təqdim edildi
ABŞ prezidenti Donald Tramp ucuz Rusiya nefti alan ölkələrə qarşı sanksiyalar tətbiq edəcək.
Publika.az xəbər verir ki, bu barədə ABŞ senatoru Lindsi Qraham "X" sosial media hesabında açıqlama yayıb.
"Tramp senator Blumenthal və başqaları ilə birlikdə aylardır üzərində işlədiyim ikipartiyalı Rusiya sanksiyaları qanun layihəsini təsdiqlədi", - deyə o qeyd edib.
Qrahamın sözlərinə görə, qanun layihəsi Trampa ucuz Rusiya nefti alan ölkələri cəzalandırmaq imkanı verəcək: "Bu qanun layihəsi Trampa Çin, Hindistan və Braziliya kimi ölkələrə qarşı böyük təsir gücü verəcək. Bununla da, onları Rusiya-Ukrayna müharibəsi zamanı Moskvanı maliyyələşdirən ucuz Rusiya neftini almağı dayandırmağa təşviq edəcək".
ABŞ mediasında qanun layihəsinin gələn həftə Senatda səsverməyə çıxarılacağı bildirilib.
Roza
-
Köşə09:12Azərbaycanda məmurdan sensasion etiraf: Tapşırıqla...
-
Avropa08:48Şahzadə Harri qadın jurnalistə görün nə yazıb - İlk görüşdən sonra...
-
Magazin106:16"Birlikdə keçirdiyimiz son ad günü..." - FOTO
-
Avropa04:44Vens xanımı ilə Budapeştə gedir - Orbana dəstək verəcəklər
-
Sosial01:11Bakı mavi rəngə büründü - FOTO
-
Region00:00SEPAH-dan ABŞ-a dəhşətli mesaj
-
Region2 Aprel 23:00Qardaş ölkədə güclü zəlzələ oldu
-
Magazin12 Aprel 22:55"Avroviziya-2026"da Azərbaycan təmsilçisi ikinci çıxış edəcək

































