ABŞ NATO-dan çıxsa… - Avropa üçün təhlükəli ssenari
Bizi izləyin

Dünya

ABŞ NATO-dan çıxsa… - Avropa üçün təhlükəli ssenari

ABŞ NATO-dan çıxsa… - Avropa üçün təhlükəli ssenari

Son günlər ABŞ prezidenti Donald Tramp İranla münaqişəyə dəstək olmadığı üçün NATO-dan çıxmaqla bağlı xəbərdarlıqlar edir. Bunun baş vermə ehtimalı Avropanın təhlükəsizliyini sual altında qoyur. ABŞ NATO-dan çıxarsa, Rusiyanın Avropaya qarşı mövqeyi də müzakirə mövzularından biridir.

Məsələ ilə bağlı Publika.az-a açıqlama verən irlandiyalı tarixçi və politoloq Patrik Uolş bu ehtimalın baş verməsinin prosedur çətinliklərinə görə qəliz olacağını bildirdi.

Onun sözlərinə görə, çətinliklərə baxmayaraq Donald Tramp açıq şəkildə NATO-nun artıq ABŞ üçün faydalı olmadığını düşünür:

“SSRİ-nin dağılmasından sonra 1990-cı illərdə bəzi insanlar da bunu demişdi. Amma bu fikri açıq şəkildə dəstəkləyən ilk prezident Trampdır. Ondan əvvəlki bütün prezidentlər NATO-nun Şərqə doğru genişlənməsini dəstəkləyirdilər. Trampın mövqeyi belədir: Rusiya Avropanın problemidir, ABŞ-ın yox. Aydındır ki, bu yanaşma ABŞ üçün müəyyən qazanc gətirsə də, Avropa üçün əlavə xərclər yaradır”.

Politoloq qeyd etdi ki, ABŞ-ın NATO-dan çıxması ssenarisi gerçəkləşərsə, Avropa Rusiya qarşısında çətin vəziyyətdə qalacaq:

“Əgər Rusiya-Ukrayna müharibəsindən əvvəlki vəziyyət davam etsəydi, bu, Avropa üçün qəbul edilə bilən olardı. Amma indi artıq belə deyil. Avropa məcbur olacaq ki, daha çox pul xərcləyib təhlükəsizlik sistemi qursun. Rusiya isə tək-tək Avropa ölkələri üzərində daha çox təsir gücünə malik olduğunu düşünə bilər. Üstəlik, Tramp bu vəziyyətdən istifadə edərək gələcəkdə Avropadan əlavə “qiymət” tələb edə bilər. Əgər gələcəkdə başqa bir ABŞ prezidenti bu siyasəti dəyişməsə, Avropa üçün gələcək qaranlıq görünür”.

Müəllif: Roza Şəfiyeva

Oxumağa davam et
Reklam
Reklam

Gündəm