Dünya
Bu, ABŞ-ın "cəngəllik qanunu"nu tətbiq etməsidir - Kurtulmuş
ABŞ-ın Venesuela prezidenti Nikolas Maduronu ələ keçirmək üçün həyata keçirdiyi əməliyyat beynəlxalq hüququn pozulması və qlobal siyasətdə "cəngəllik qanunu"nun istifadəsidir.
Publika.az xəbər verir ki, bunu Türkiyə Parlamentinin sədri Numan Kurtulmuş deyib.
"ABŞ-ın Venesuelaya hərbi müdaxiləsi və müstəqil bir dövlət başçısının yatağından süründürülüb məhkəməyə verilməsinin görüntülərinin bütün dünyanın görməsi beynəlxalq hüququn açıq şəkildə pozulmasıdır. Bu, dünyanın ən böyük ölkələrindən birinin "cəngəllik qanunu"nun açıq təzahürüdür. Bəşəriyyət buna qarşı birləşməlidir", - Kurtulmuş bildirib.
Qeyd edək ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan da ABŞ-ın Venesuela prezidentinə qarşı hərəkətlərini suverenliyin pozulması və beynəlxalq hüquqa məhəl qoyulmaması kimi dəyərləndirib.
Adəm
-
Köşə09:12Azərbaycanda məmurdan sensasion etiraf: Tapşırıqla...
-
Avropa08:48Şahzadə Harri qadın jurnalistə görün nə yazıb - İlk görüşdən sonra...
-
Magazin106:16"Birlikdə keçirdiyimiz son ad günü..." - FOTO
-
Avropa04:44Vens xanımı ilə Budapeştə gedir - Orbana dəstək verəcəklər
-
Sosial01:11Bakı mavi rəngə büründü - FOTO
-
Region00:00SEPAH-dan ABŞ-a dəhşətli mesaj
-
Region2 Aprel 23:00Qardaş ölkədə güclü zəlzələ oldu
-
Magazin12 Aprel 22:55"Avroviziya-2026"da Azərbaycan təmsilçisi ikinci çıxış edəcək

































