Dünya
Bu, amerikalılar üçün xırda puldur: Qrenlandiyanın “qiyməti” açıqlandı
ABŞ prezidenti Donald Tramp Qrenlandiya ilə bağlı planlarından geri çəkilmir. Avropaya qarşı tarif təzyiqlərini artıran Vaşinqtonun dünyanın ən böyük adasını nəzarətinə götürmək istəyi beynəlxalq gündəmin əsas mövzularından birinə çevrilib.
Publika.az aif.ru-ya istinadla xəbər verir ki, Tramp administrasiyasının israrı təsadüfi deyil və Qrenlandiyanın gələcəkdə ABŞ-ın təsir zonasına keçməsi real görünür.
“ABŞ sonda Qrenlandiyanı əldə edəcək”, - deyə iqtisadçı Mixail Belyayev aif.ru saytına açıqlamasında bildirib. O qeyd edib ki, Qrenlandiyanın ABŞ-ın tərkibinə birbaşa ştat kimi daxil olması çətin olsa da, ada üzərində protektorat və ya güclü siyasi-iqtisadi təsir mexanizmi qurula bilər.
Onun sözlərinə görə, ABŞ ilə Qrenlandiya arasında əlaqələr yeni deyil:
“İkinci Dünya müharibəsi dövründə ABŞ adada hərbi bazalar yerləşdirib. 1951-ci ildə Vaşinqton və Kopenhagen Qrenlandiyanın müdafiəsi ilə bağlı xüsusi razılaşma imzalayıb. Bu gün Trampın addımları həmin tarixi xəttin davamıdır”, - deyə Belyayev vurğulayıb.
Tarif təzyiqi və Avropaya ultimatum
Qrenlandiyanın sahibi olan Danimarkanın bu ideyaya qarşı çıxmasından sonra Donald Tramp fevral ayından etibarən Danimarka, Norveç, İsveç, Fransa, Almaniya, Böyük Britaniya, Niderland və Finlandiyaya qarşı 10 faiz gömrük rüsumu tətbiq ediləcəyini bəyan edib.
ABŞ prezidenti rüsumların 25 faizə qədər artırıla biləcəyini və Qrenlandiya ilə bağlı razılaşma əldə olunana qədər bu siyasətin davam edəcəyini bildirib.
Ekspertlərin fikrincə, Tramp Qrenlandiya əhalisini maliyyə vədləri ilə cəlb etməyə çalışır. Belyayev qeyd edib ki, ada sakinlərinə 10 min dollardan 100 min dollara qədər ödəniş vədi ABŞ üçün ciddi yük deyil:
“Cəmi 57 min əhalisi olan Qrenlandiyada hər kəsə 10 min dollar vermək amerikalılar üçün heç nədir. Bu, ciddi təsir alətidir”, - deyə o bildirib.
Arktika və nadir metalların mədəni
Bildirilir ki, Qrenlandiyaya marağın artmasının əsas səbəbləri Arktikanın geosiyasi əhəmiyyətinin yüksəlməsi və nadir torpaq metallarının hasilatı perspektivləridir. Bu amillər ABŞ üçün adanı strateji cəhətdən vacib edir.
Avropanın cavabı və Rusiyaya yönələn diqqət
ABŞ-ın təzyiqləri fonunda Fransa və Almaniya da daxil olmaqla səkkiz Avropa ölkəsi Arktika təhlükəsizliyini gücləndirməyə və Qrenlandiyanın suverenliyini qorumağa hazır olduqlarını açıqlayıblar.
Eyni zamanda, bəzi Avropa liderləri diqqəti Rusiyaya yönəltməyə çalışır. Xorvatiya prezidenti Zoran Milanoviç ABŞ-ı Qrenlandiya əvəzinə Norveçə məxsus Svalbard (Şpitsbergen) arxipelaqına diqqət yetirməyə çağırıb.
-
İqtisadi gündəm09:56Qiyməti durmadan artır: Rekord səviyyəyə çatdı
-
Nida Xəbər 09:44Leyla Əliyeva Əddis-Əbəbədə Adva Zəfər Muzey Kompleksində oldu - FOTO
-
Ekologiya08:47Alimlərdən sabahla bağlı XƏBƏRDARLIQ
-
Dünya07:55İki yüksək sürətli qatar relsdən çıxdı: Çoxlu sayda ölü var - YENİLƏNDİ
-
Banklar 07:35Bu ölkədə UNO xəbərdarlığı edildi - Hazırlaşın!
-
Magazin107:15Safurə həyat yoldaşının ad gününü belə qeyd etdi - VİDEO
-
ABŞ05:45Amerikalılar süni intellektdən imtina edir
-
Ekologiya02:19Günəşdə güclü PARTLAYIŞ oldu



















.jpg)



.jpg)













