Dünya
Suriya prezidenti Bərzani ilə danışdı: Bu məsələyə zəmanət verdi
Suriya prezidenti Əhməd Əl Şaraa və İraq Kürdüstan Demokrat Partiyasının (KDP) sədri Məsud Bərzani arasında telefon danışığı baş tutub.
Publika.az xəbər verir ki, Bərzaninin qərargahından verilən açıqlamaya görə, söhbət zamanı Suriyadakı son hadisələr və imzalanmış atəşkəs müqaviləsi ilə bağlı müzakirə aparılıb.
Bildirilib ki, Əl Şaraa Suriya Demokratik Qüvvələri (SDQ) ilə əldə edilən müqavilənin detallarını bölüşüb. O, Suriyadakı kürdlərin hüquqlarının qorunmasına sadiq olduğunu vurğulayaraq, mövcud problemlərin və fikir ayrılıqlarının əldə edilən razılaşmalar çərçivəsində həll ediləcəyini deyib.
Həmçinin Məsud Bərzani kürd xalqının hüquqlarının təmin edilməsinin həyati əhəmiyyət kəsb etdiyini bildirib. O, Suriya liderinin təsdiqlədiyi kürdlərin hüquqlarını özündə ehtiva edən fərmanı düzgün addım adlandırıb.
Roza
-
Köşə09:12Azərbaycanda məmurdan sensasion etiraf: Tapşırıqla...
-
Avropa08:48Şahzadə Harri qadın jurnalistə görün nə yazıb - İlk görüşdən sonra...
-
Magazin106:16"Birlikdə keçirdiyimiz son ad günü..." - FOTO
-
Avropa04:44Vens xanımı ilə Budapeştə gedir - Orbana dəstək verəcəklər
-
Sosial01:11Bakı mavi rəngə büründü - FOTO
-
Region00:00SEPAH-dan ABŞ-a dəhşətli mesaj
-
Region2 Aprel 23:00Qardaş ölkədə güclü zəlzələ oldu
-
Magazin12 Aprel 22:55"Avroviziya-2026"da Azərbaycan təmsilçisi ikinci çıxış edəcək


































