Dünya
Hakim və həyat yoldaşı bağ evində GÜLLƏLƏNDİ
ABŞ-ın İndiana ştatında hakim Stiven Meyer və həyat yoldaşı Kimberliyə hücum edilib. Naməlum şəxs hakimin bağ evinə hücum edib, onlara ov tüfəngindən atəş açıb.
Publika.az xəbər verir ki, bu barədə "Daily Mail" məlumat yayıb.
Bildirilir ki, polislər hakimi və həyat yoldaşını güllə yaraları ilə aşkar ediblər.
Hakim Meyer qolundan, həyat yoldaşı isə budundan yaralanıb. Hər ikisi dərhal yerli xəstəxanaya aparılıb və orada tibbi yardım alıblar. Son məlumatlara görə, onların vəziyyəti stabildir.
Cinayətin motivi hələlik məlum deyil.
Hadisə ştatın məhkəmə orqanlarında ciddi ajiotaj yaratıb. İndiana Ali Məhkəməsinin baş hakimi Loretta Raş həmkarlarına məktubunda müraciət edərək məhkəmə sisteminə qarşı təhdidlərlə bağlı davam edən narahatlığını vurğulayıb. O, bütün hakimləri şəxsi təhlükəsizliyə ciddi yanaşmağa çağırıb və onlara qarşı hər hansı bir zorakılığı tamamilə qəbuledilməz adlandırıb.
Adəm
-
Köşə09:12Azərbaycanda məmurdan sensasion etiraf: Tapşırıqla...
-
Avropa08:48Şahzadə Harri qadın jurnalistə görün nə yazıb - İlk görüşdən sonra...
-
Magazin106:16"Birlikdə keçirdiyimiz son ad günü..." - FOTO
-
Avropa04:44Vens xanımı ilə Budapeştə gedir - Orbana dəstək verəcəklər
-
Sosial01:11Bakı mavi rəngə büründü - FOTO
-
Region00:00SEPAH-dan ABŞ-a dəhşətli mesaj
-
Region2 Aprel 23:00Qardaş ölkədə güclü zəlzələ oldu
-
Magazin12 Aprel 22:55"Avroviziya-2026"da Azərbaycan təmsilçisi ikinci çıxış edəcək

































