Dünya
Kuba bəyanat yaydı: ABŞ özünü haqlı çıxarmaq üçün...
Kuba ABŞ-ın adaya qarşı yeni tədbirlərini qətiyyətlə pisləyir.
Publika.az xəbər verir ki, bu barədə Kubanın xarici işlər naziri Bruno Rodriqez Parrilla "X" sosial şəbəkəsində bildirib.
"Biz ABŞ-ın Kubaya qarşı son eskalasiyasını ən sərt şəkildə pisləyirik. İndi onlar ölkəmizə yanacaq tədarükünün tamamilə blokadaya alınmasını təklif edirlər", - deyə nazir yazıb.
O vurğulayıb ki, Birləşmiş Ştatlar özünü haqlı çıxarmaq üçün müxtəlif yalanlara əl atır və Kubanı olmadığı bir təhlükə kimi göstərməyə çalışır.
Nazir qeyd edib ki, ABŞ hökuməti Amerika xalqlarına və ölkələrinə təsir etməklə onu tabe etməyə, talan etməyə, zəiflətməyə və müstəqilliklərindən məhrum etməyə çalışır:
"ABŞ həmçinin şantaj və məcburiyyət yolu ilə ölkələri Kubaya qarşı geniş şəkildə pislənən embarqoya qoşulmağa məcbur edir".
Xatırladaq ki, yanvarın 29-da ABŞ prezidenti Donald Tramp Vaşinqtona Kubaya neft tədarük edən ölkələrin mallarına tarif tətbiq etmək səlahiyyəti verən sərəncam imzalayıb. Sənəd Ağ Evin saytında dərc edilib.
Adəm
-
İdman13:13"Barselona" sadəcə futbol klubu deyil: Görün Dubayda nə tikəcəklər - FOTOLAR
-
Rəsmi xronika12:44Prezident yeni səfiri qəbul etdi - FOTO/YENİLƏNDİ
-
Köşə12:42Mən bu qadınların qarşısında baş əyirəm!
-
İdman11:12Ulduz futbolçunun yaşca özündən böyük xanımı: Görün kimdir - FOTOLAR
-
Dünya11:00Türkiyə bu ölkəyə meydan oxuyur: İcazəmiz olmadan heç nə edə bilməzsiniz
-
Region10:18Köçəryan Türkiyəyə qarşı ərazi iddiası irəli sürdü - FOTOFAKT
-
Nida Xəbər 10:15"Qurtuluş" Reabilitasiya Mərkəzinin rəhbəri tutuldu
-
İKT09:00"Samsung" tullantılardan ekran hazırladı












.jpg)
















.jpg)





