Avropa Vaşinqtona inanmır: NATO-ya alternativ hazırlanır
Bizi izləyin

Dünya

Avropa Vaşinqtona inanmır: NATO-ya alternativ hazırlanır

Aİ dövlətləri ABŞ-ın onlara hərbi yardım göstərəcəyinə şübhə ilə yanaşır. Bu səbəbdən də Şimali Atlantika Alyansının 5-ci maddəsinə Avropa alternativini ciddi şəkildə nəzərdən keçirirlər.

Publika.az xəbər verir ki, bu barədə "Politico" yazıb.

Bildirilir ki, Avropa İttifaqının qarşılıqlı müdafiəsi ilə bağlı 42.7-ci maddə 2009-cu ildən mövcud olsa da, nadir hallarda zəruri hesab olunur, çünki eyni funksiyanı Qərb hərbi-siyasi blokunun yuxarıda qeyd olunan maddəsi yerinə yetirir. Son vaxtlar isə Avropa dövlətləri Vaşinqtona şübhə ilə yanaşmağa başlayıb.

Adı açıqlanmayan avropalı diplomat bildirib ki, "Trampın Qrenlandiyadakı "qılınc oyunları"ndan sonra Aİ daxilində hərbi komandanlıq strukturları yaratmalıyıq".

Qeyd edək ki, Şimali Atlantika Müqaviləsinin 5-ci maddəsində Qərb hərbi-siyasi blokunun üzvünə silahlı hücumun bütün üzvlərinə hücum hesab edildiyi və NATO-ya üzv ölkələrin qərarı ilə silahlı qüvvələrin tətbiqi də daxil olmaqla, zəruri yardımın göstərilməsini əhatə edən kollektiv cavab tədbirlərinin görülməsini nəzərdə tutur.

Adəm

Oxumağa davam et
Reklam
Reklam

Gündəm