Qadın futbolçunun bu VİDEOSU gündəm oldu: Köhnə sevgilisini qısqandırıb?
Bizi izləyin

İdman

Qadın futbolçunun bu VİDEOSU gündəm oldu: Köhnə sevgilisini qısqandırıb?

Qadın futbolunun ulduzu və sosial şəbəkələrdə ən populyar idmançılardan biri olan Alişa Lemann yenidən diqqət mərkəzinə düşüb.

Publika.az xəbər verir ki, "Lester" futbolçusu yeni sevgilisi, "Love Island" (Sevgi adası) şousunun iştirakçısı Montil Makkenzi ilə əyləncəli və eyni zamanda romantik video paylaşıb.

Cütlük münasibətlərini cəmi bir ay əvvəl, Alişanın 27 yaşını qeyd etməsindən dərhal sonra rəsmi şəkildə təsdiqləyib.

Videoda aşiq cütlük əvvəlcə top ilə "jonqlyorluq" edir, daha sonra isə əsl akrobatik hərəkətlərə keçir. Onlar əvvəlcə sinxron şəkildə topu öpür, ardınca bir-birinin kürəyində duraraq müxtəlif hərəkətlər edir, daha sonra Montil Alişanı çiyinlərinə qaldırır və sonda cütlük qucaqlaşır.

Video qısa zamanda sosial şəbəkələrdə yayılıb və minlərlə şərh toplayıb. Bəzi azarkeşlər hətta Lemannın bununla keçmiş sevgilisi Duqlas Luizini qısqandırmaq istədiyini irəli sürüblər.

Xatırladaq ki, Alişa bir neçə il braziliyalı yarımmüdafiəçi ilə münasibətdə olub. Onların macərası 2021-2025-ci illər arasında fasilələrlə davam edib. Cütlük ötən il gələcək planlarının fərqli olması səbəbindən definitiv şəkildə ayrılıb.

Hazırda Lemann Böyük Britaniyaya qayıdıb və "Lester" klubunda çıxış edir. Montil ilə isə mediafutbol turniri olan "Baller League" zamanı tanış olub.

Publika.az

View this post on Instagram

A post shared by Alisha Lehmann (@alishalehmann7)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm