Dünya
Ərdoğan Səudiyyə Ərəbistanında səfərdədir
Danışıqlar aparmaq üçün Səudiyyə Ərəbistana gedən Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın təyyarəsi paytaxtı Ər-Riyada eniş edib.
Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, Ərdoğanı Ər-Riyad əmiri Şahzadə Feysəl bin Bəndər Əl-Səud, Səudiyyə Ərəbistanının Ankaradakı səfiri Fəhad bin Əsəd Əbuəlnəsr və Türkiyənin Ər-Riyaddakı səfiri Əmrullah İşlər qarşılayıb.
Məlumata görə, Ərdoğan səfər çərçivəsində Ər-Riyaddakı Yamama Sarayında rəsmi qarşılanma mərasimində iştirak edəcək, Səudiyyə Ərəbistanının vəliəhdi Məhəmməd bin Salmanla görüşəcək və nümayəndə heyətləri arasındakı görüşə sədrlik edəcək. Daha sonra Türkiyə lideri onun şərəfinə təşkil edilən şam yeməyində iştirak edəcək.
Ərdoğanı səfərdə həyat yoldaşı Əminə Ərdoğan, xarici işlər naziri Hakan Fidan, xəzinə və maliyyə naziri Mehmet Şimşək, ailə və sosial xidmətlər naziri Mahinur Özdemir Göktaş, enerji və təbii sərvətlər naziri Alparslan Bayraktar müşayiət edib.
Qeyd edək ki, Ər-Riyad səfərindən sonra Rəcəb Tayyib Ərdoğan sabah Misirin paytaxtı Qahirəyə gedəcək.
Roza
-
Nida Xəbər 16:16Azərbaycan vasitəsilə benzin idxalı qiymətlərə təsir edəcək - Ermənistan ümidlidir
-
Dünya14:52Epşteyn Putinlə də görüşmək istəyib? - Kremldən rəsmi açıqlama
-
Sosial13:50Azərbaycanda məşhur şirkət işçisinə pul ödəmədi - 1,8 milyonluq kapitala həbs qoyuldu
-
Region12:48Pezeşkian ABŞ-la danışıqların şərtlərini açıqladı: Əraqçiyə tapşırdım ki...
-
ABŞ12:361983-cü ildən bəri ABŞ-da belə şey olmayıb: Klintonlar razılaşdılar
-
Nida Xəbər 12:24Əli Əsədov qərar imzaladı
-
Nida Xəbər 11:48Sabiq icra başçısının oğlu Rumıniyada 40 villa aldı - FOTO
-
İdman11:12AFFA-nın yeni qərarı faydalı olacaq? - Komandalar arasında böyük uçurum var















.jpg)





.jpg)













