Sosial
Leyla Əliyeva Qaraçuxur İdman Zalının açılışında iştirak etdi - Foto
Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva noyabrın 16-da Bakının Suraxanı rayonunda Qaraçuxur İdman Zalının açılışında iştirak edib.
Publika.az xəbər verir ki, gənclər və idman naziri Fərid Qayıbov Leyla Əliyevaya idman zalında yaradılmış şərait barədə məlumat verib.
Bildirilib ki, Qaraçuxur İdman Zalının tikintisinə Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı ilə təsdiq edilmiş “Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı” əsasında başlanılıb.
İdman zalının ərazisi 0,27 hektar, tikintialtı sahəsi 987, ümumi sahəsi isə 1115 kvadratmetrdir. Baş plana əsasən, ərazidə ikimərtəbəli idman zalı binası, açıq hava idman meydançası, uşaqlar üçün minifutbol meydançası və yer tipli şahmat sahəsi inşa edilib.
Açıq hava idman meydançası ətraf ərazidə yaşayan sakinlərin, o cümlədən uşaqların və gənclərin bədən tərbiyəsi və idmanla gündəlik məşğul olmaları üçün müvafiq avadanlıqlarla təchiz edilib.
İkimərtəbəli idman zalının birinci mərtəbəsində 30x18 metr ölçüdə, 25 tamaşaçı yeri olan universal zal fəaliyyət göstərəcək. Burada gimnastika, güləş, taekvondo, karate, cüdo, badminton, uşaq voleybolu və basketbol idman növləri üzrə məşqlərin və yarışların keçirilməsi mümkün olacaq.
İkinci mərtəbədə aerobika və rəqs məşqləri üçün zal, həmçinin trenajor zalı fəaliyyət göstərəcək. Zalda paltardəyişmə və duş otaqları, məşqçilər üçün otaq, həkim otağı və digər inzibati otaqlar yaradılıb. Binanın birinci mərtəbəsində kafenin də fəaliyyəti nəzərdə tutulub.
-
Region22:32Tehranda HHM sistemləri işə düşdü: Atəş səsləri eşidildi - Nə baş verir?
-
Sosial19:00Pensiyalarda ikinci artımı bu şəxslər alacaqlar
-
Nida Xəbər 18:40İşçilər bu halda narkoloji müayinədən keçiriləcəklər
-
Nida Xəbər 15:56Əhaliyə şad xəbər: Qaz və işıq limitlərinə yenidən baxıla bilər
-
Dünya15:38Estoniya Rusiya işğalına hazırlaşır: “Rəqəmsal səfirlik” planı
-
Nida Xəbər 14:48Neçə Milli Qəhrəmanımız sağdır? - SİYAHI
-
MDB14:12Gürcüstan Rusiya ilə barışır: Yaxın günlərdə görüş olacaq
-
Rəsmi xronika13:35Prezident bu sahəyə 1 milyon manat ayırdı






.jpg)









.jpg)




















