Nida Xəbər
Hikmət Hacıyev Maqdalena Qrono ilə Azərbaycan-Aİ tərəfdaşlığını müzakirə etdi
Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Maqdalena Qrono ilə görüşüb.
Publika.az xəbər verir ki, H.Hacıyev bu barədə "X" hesabında yazıb.
"Azərbaycan-Aİ tərəfdaşlığını, onun inkişaf edən əməkdaşlıq gündəliyini, həmçinin əsas regional və beynəlxalq prosesləri müzakirə etmək məqsədilə Cənubi Qafqaz və Gürcüstandakı böhran üzrə Aİ-nin xüsusi nümayəndəsi xanım Maqdalena Qrono ilə görüşdən məmnun oldum.
Enerji təhlükəsizliyi, nəqliyyat və logistika əlaqələrinin inkişafı və regional sabitlik də daxil olmaqla qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlığın genişləndirilməsi barədə fikir mübadiləsi apardıq", - H.Hacıyev qeyd edib.
-
Region22:32Tehranda HHM sistemləri işə düşdü: Atəş səsləri eşidildi - Nə baş verir?
-
Sosial19:00Pensiyalarda ikinci artımı bu şəxslər alacaqlar
-
Nida Xəbər 18:40İşçilər bu halda narkoloji müayinədən keçiriləcəklər
-
Nida Xəbər 15:56Əhaliyə şad xəbər: Qaz və işıq limitlərinə yenidən baxıla bilər
-
Dünya15:38Estoniya Rusiya işğalına hazırlaşır: “Rəqəmsal səfirlik” planı
-
Nida Xəbər 14:48Neçə Milli Qəhrəmanımız sağdır? - SİYAHI
-
MDB14:12Gürcüstan Rusiya ilə barışır: Yaxın günlərdə görüş olacaq
-
Rəsmi xronika13:35Prezident bu sahəyə 1 milyon manat ayırdı








.jpg)









.jpg)

















