Nida Xəbər
Ermənistandan növbəti təxribat - Mirzoyan BMT-də Azərbaycanı ittiham etdi
Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan BMT-nin İnsan Hüquqları Şurasının iclasında bildirib ki, Ermənistan və Azərbaycan arasında barışıq prosesi Bakıda 19 erməninin saxlanması ilə çətinləşir.
Publika.az xəbər verir ki, onun sözlərinə görə, iki ölkə hökumətləri arasında imzalanan və hazırlanan müqavilələrə əlavə olaraq, iki cəmiyyət arasında "səmimi dialoq və sülhün bərqərar olması toxumları" əkilib.
"Buna baxmayaraq, münaqişənin ağrılı humanitar nəticələri hələ də aradan qaldırılmalı və keçmişin yaraları sağalmalıdır - biz çətin barışıq yolunu seçmişik. Əlbəttə ki, 19 erməni hələ də Bakıda saxlanıldığı və itkin düşmüş şəxslərin taleyinə aydınlıq gətirilməli olduğu bir vaxtda bu çətindir", - Mirzoyan deyib.
O, prosesin təhrif olunmuş tarixi ritorika ilə də mürəkkəb olduğunu deyir.
Eyni zamanda, Mirzoyanın bildirib ki, Ermənistan sülhün bərqərar olmasına sadiq qalır və belə bir atmosferin mövcud problemlərin daha sürətli və effektiv həllinə töhfə verdiyini qəbul edir.
Mirzoyanın hərbi cinayətlərdə ittiham olunmuş bu şəxslərlə bağlı iddiası, əslində Ermənistanın sülh prosesinə qarşı təxribatı sayılmalıdır. Hərbi cinayətkarları ədalətli mühakimə etdiyi üçün heç kim Azərbaycan ittiham edə bilməz.
Tural
-
Sosial16:38Əli Kərimlinin həbs müddəti uzadıldı
-
Dünya15:32Qardaş ölkədə helikopter qəzası: bütün ekipaj həlak oldu
-
Sosial14:50MÜTDA-dan “Son Zəng”lə bağlı müraciət - "Qadağandır"
-
Sosial14:03Eynulla Fətullayev “Ağabala”nı da satdı - FOTO
-
İdman12:52Qrimaldonun özündən 2 yaş böyük sevgilisi: Onlar necə tanış olublar? - FOTOLAR
-
Sosial12:43Sabah 33 dərəcə isti olacaq
-
Region11:36Paşinyanın partiyasında kreslo mübarizəsi başladı: Əsas hədəf bu postdur
-
Sağlamlıq11:10Pişikləri qovmayın, onlar uşaqlarda bu xəstəliyi ağırlaşdırmır: Alimlər sübut etdilər
















.png)























