“Taliban”a qarşı açıq müharibə başladı - “Hindistanın oyuncağına çevrildilər”
Bizi izləyin

Dünya

“Taliban”a qarşı açıq müharibə başladı - “Hindistanın oyuncağına çevrildilər”

Pakistanın müdafiə naziri Xavaca Asif Əfqanıstandakı "Taliban" hökumətinə qarşı açıq müharibənin başlandığı barədə xəbərdarlıq edib.

Publika.az xəbər verir ki, bu barədə o, özünün "X" sosial şəbəkəsindəki səhifəsində yazıb.

Onun sözlərinə görə, NATO qoşunları Əfqanıstandan çıxarıldıqdan sonra ölkədə sülhün bərqərar olacağı, taliblərin isə öz xalqının maraqlarına və regionda sülhə diqqət yetirəcəyi gözlənilirdi. Lakin hərəkatın nümayəndələri ölkəni Hindistanın müstəmləkəsinə çevirdilər, dünyanın hər yerindən terrorçuları Əfqanıstana topladılar və terror ixrac etməyə başladılar.

"Onlar öz xalqını əsas insan hüquqlarından məhrum etdilər. Qadınların İslamın təminat verdiyi hüquqlarını əllərindən aldılar. Pakistan həm birbaşa, həm də dost ölkələr vasitəsilə vəziyyəti normallaşdırmaq üçün hər cür səy göstərdi. Lakin taliblər Hindistanın oyuncağına çevrildilər", - deyə nazir əlavə edib.

Bundan əvvəl Pakistanın Əfqanıstanın Kabil və Qəndəhar şəhərlərindəki obyektlərə, eləcə də Paktia vilayətinə hava zərbələri endirdiyi bildirilirdi.

Ölkələr arasındakı gərginlik Pakistanın fevralın 21-22-də Əfqanıstan ərazisinə endirdiyi hava zərbələrindən sonra başlayıb. Pakistan İslamabad və digər şəhərlərdəki terror aktlarında ittiham olunan "Tehrik-e Taliban Pakistan" qruplaşmasının düşərgələrini hədəf aldığını bildirib. Əfqanıstan tərəfi isə hədəflərin mülki obyektlər olduğunu bəyan edib.

Hüseyn İbadlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm