Nida Xəbər
BP-yə yeni vitse-prezident təyin olundu
“BP Azerbaijan”a yeni vitse-prezident təyin olunub.
Şirkətdən Publika.az-a verilən məlumata görə, Nadir İmanov 1 aprel 2026-cı il tarixindən BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə (AGT) regionu üçün maliyyə məsələləri üzrə vitse-prezidenti vəzifəsinə təyin edilib. O hazırda şirkətin Yaxın Şərq və Şimali Afrikada maliyyə üzrə vitse-prezidentidir.
Nadir İmanov yeni vəzifəsində BP-nin AGT regionu üzrə maliyyə məsələlərinin idarə edilməsinə cavabdeh olacaq. O, BP-nin London ofisindəki hasilat və əməliyyatlar sahəsində maliyyə məsələləri üzrə baş vitse-prezidentinin rəhbərliyi altında çalışacaq.
N.İmanov bu vəzifədə AGT regionunda maliyyə məsələləri üzrə hazırkı vitse-prezident Kolin Allanı əvəz edəcək. K.Allan isə 1 aprel tarixindən Birləşmiş Krallığa qayıdacaq.
Bu vəzifədə Nadir İmanov BP-nin Azərbaycanda yerli vətəndaş olan yeddinci vitse-prezidenti kimi AGT üzrə regional rəhbər heyətin üzvü olacaq.
N.İmanovun 30 ildən artıq planlaşdırma və kommersiya sahəsində təcrübəsi var və əksərən də bp əməkdaşı kimi Azərbaycan, Türkiyə, Misir və Omanda çalışmaqla həmin ölkələrdə böyük komandalara və iri biznes sahələrinə rəhbərlik edib.
-
Dünya09:18Ancelina Colinin qardaşı gey olduğunu etiraf etdi: Uşaq vaxtı...
-
Sağlamlıq08:48Kimlər yastıqsız yatmamalıdır? - Nevroloq xəbərdarlıq etdi
-
ABŞ08:12Uduşlu bilet "yandı" - 1 milyon dollar göyə sovruldu
-
Magazin106:16Sonaxanım Əliyeva necə arıqladığını açıqladı - VİDEO
-
Magazin204:1440 yaşlı aktrisa özünəməxsus görünüşünü bərpa etdi - FOTO
-
Sağlamlıq03:43Narahatlıqdan qurtulmağın SADƏ YOLU - Həyəcan, depressiya və stressi də azaldır
-
Hadisə00:45İmişlidə traktorun altında qalan uşaq öldü
-
Qoroskop00:00Günün ULDUZ FALI - Subaylar üçün isə xoş sürprizlər ola bilər



























.jpg)
.jpg)








