Dünya
Dünyada yanacaq böhranı: Macarıstandan gözlənilməz qadağa - Kəskin bahalaşma
Yaxın Şərqdə gərginliyin artması və neft qiymətlərinin bahalaşması fonunda Macarıstan hökuməti strateji addım atıb.
Publika.az xəbər verir ki, bu barədə Macarıstanın iqtisadiyyat naziri Marton Nad "Facebook" hesabında bəyan edib.
Paylaşıma görə, rəsmi Budapeşt xam neft, 95 oktanlı benzin və dizel yanacağının ixracını qadağan edib. Nazirin sözlərinə görə, hökumət ticarətdəki sui-istifadələrə qarşı ən sərt tədbirlər görür.
Macarıstan hökuməti daxili bazarı qorumaq üçün yaxın 45 günlük neft ehtiyatlarını sərbəst buraxmaq qərarına gəlib. Martın 10-dan etibarən ölkədə pərakəndə yanacaq qiymətlərinə məhdudiyyət qüvvəyə minib. Baş nazir Viktor Orbanın açıqlamasına görə, benzinin qiyməti 595 forint (təxminən 2.80 AZN), dizelin qiyməti isə 615 forint (təxminən 2.90 AZN) səviyyəsində dondurulub.
Dünya bazarında yanacaq böhranına səbəb olan ABŞ və İsrailin İran ərazisinə endirdiyi zərbələrdən sonra Hörmüz boğazında tanker hərəkətinin iflic olmasıdır. Bir çox gəmiçilik şirkəti hücum riski səbəbindən bölgədən imtina edib ki, bu da neftin qiymətini rekord həddə çatdırıb.
Adəm
-
Sosial17:22Könül Həmzəyeva axtarışa verildi
-
Dünya16:43Hakan Fidandan Əraqçiyə xəbərdarlıq
-
MDB15:28Dollar kəskin bahalaşdı - Nə baş verir?
-
Elm və təhsil15:02Nazir Xankəndidə riyaziyyat dərsi keçdi - Video
-
İdman14:14İtaliya bu qadın hakimdən danışır: Azarkeşlər tələb edirlər ki... - FOTOLAR
-
İqtisadi gündəm14:08Bakı zəmanət verdi: Azərbaycanın bu ölkədə idarə etdiyi liman sanksiyadan qurtuldu
-
Nida Xəbər 13:59Humanitar yük aparan maşınlar sərhədi keçdi - FOTO/VİDEO
-
MDB12:40Rusiya iqtisadiyyatı problemlə üz-üzə - Böhran qaçılmazdır

































