Bunu etmək Avropa üçün strateji səhv olardı - Lyayen
Bizi izləyin

Dünya

Bunu etmək Avropa üçün strateji səhv olardı - Lyayen

Avropanın atom enerjisindən imtina etməsi strateji səhvdir.

Publika.az “Le Monde” nəşrinə istinadən xəbər verir ki, bunu Avropa Komissiyasının (AK) sədri Ursula fon der Lyayen bəyan edib.

Onun sözlərinə görə, 1990-cı ildə Avropa İttifaqı ölkələrinin atom elektrik stansiyaları Avropada istehsal olunan elektrik enerjisinin təxminən üçdə birini təmin edərkən, hazırda bu göstərici 15 faizə qədər azalıb.

“Düşünürəm ki, atom enerjisinin payının azaldılması şüurlu seçim idi, lakin Avropanın etibarlı, əlçatan və aşağı emissiyalı enerji mənbəyindən imtina etməsi strateji səhv oldu”, - deyə Lyayen qeyd edib.

Roza

Oxumağa davam et
Reklam
Reklam

Gündəm