Dünya
ABŞ İran dronunu təqlid etdi - İlk dəfə də elə Tehranı vurdu
ABŞ ordusu fevralın 28-də İrana qarşı hava hücumlarında ilk dəfə yeni pilotsuz uçuş aparatı olan LUCAS-dan istifadə edib. Məlum olub ki, Pentaqonun bu yeni silahı İran istehsalı olan “Şahid-136” dronunun texnologiyasına əsaslanır.
Publika.az “Hürriyet”ə istinadən xəbər verir ki, ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) LUCAS dronlarının əməliyyatlarda istifadə edildiyini və əlavə aparatların da istifadəyə hazır olduğunu açıqlayıb.
Müdafiə analitikləri bildirir ki, LUCAS dizayn və funksiyalar baxımından İranın ucuz və kamikadze tipli “Şahid-136” pilotsuz aparatına bənzəyir. ABŞ prezidenti Donald Tramp hələ 2025-ci ilin mayında İran dronlarını “ucuz, sürətli və ölümcül” silahlar kimi qiymətləndirmişdi.
Məlumata görə, Ukrayna müharibəsi zamanı Rusiyanın istifadə etdiyi “Şahid-136” dronları ABŞ tərəfindən ələ keçirilərək araşdırılıb. Bundan sonra Arizonada fəaliyyət göstərən kiçik bir şirkət tərəfindən LUCAS dronu hazırlanıb və hazırda İran hədəflərinə qarşı istifadə olunur.
Analitiklər hesab edirlər ki, İranın nisbətən ucuz və uzaqmənzilli PUA-ları müasir müharibənin gedişinə ciddi təsir göstərir. Məsələn, “Şahid-136” dronunun uçuş məsafəsi təxminən 1500-2000 km-ə qədər qiymətləndirilir və bir ədədi təxminən 35 min dollardır.
Bununla müqayisədə ABŞ-ın “Switchblade 600” kamikadze dronlarının mənzili 100 km-dən azdır və qiyməti təxminən 120 min dollara qədərdir.
“Foreign Affairs” jurnalının təhlilinə görə, Vaşinqton adətən rəqib texnologiyaları öyrənərək onlara qarşı müdafiə sistemi hazırlayır, lakin onların analoqunu istehsal etmək çox nadir hallarda müşahidə olunub.
Roza
-
Dünya15:20Vaşinqtonda heykəl peyda oldu: Tramp və Epşteyn "Titanik"-də - Foto
-
İdman13:24Neymar yenə qalmaqal yaratdı: Bu modeli "bəyənməsi" başına bəla oldu - FOTOLAR
-
Nida Xəbər 13:12Hərbçilərə ŞAD XƏBƏR - Maaşlar artırıldı
-
Dünya11:17İsrail "Türkiyə yeni İrandır" dedi, ortalıq qarışdı - ABŞ-dan xəbərdarlıq gəldi
-
Yaxın Şərq10:46Müctəba Xamenei necə və nə vaxt yaralanıb? - ABŞ detalları açıqladı
-
Yaxın Şərq09:58Ümid edirik ki, ABŞ mesajı başa düşdü: İran bu gəmini “yaraladığını” iddia edir
-
MDB09:16Təyyarə təcili qəza siqnalı verdi, aeroporta qayıdır: Hava limanında hazırlıq görülür
-
İdman08:48Lamin Yamal "Barselona" üçün tarixi rekorda imza atdı











.png)










.jpg)









