Ata öldürüldü, ailə isə 13 il gizlətdi - Həqiqət belə ortaya çıxdı
Bizi izləyin

Dünya

Ata öldürüldü, ailə isə 13 il gizlətdi - Həqiqət belə ortaya çıxdı

Rusiyanın Tümen vilayətində bir ailənin 13 il ərzində atanın qətlini gizlətdiyi məlum olub.

Publika.az “Mk.ru”ya istinadən xəbər verir ki, hadisə 2007-ci ildə Markovo kəndində baş verib.

Məlumata görə, həmin vaxt 34 yaşlı kişi qəfil yoxa çıxıb. Onun həyat yoldaşı ərinin başqa bölgəyə işləməyə getdiyini desə də, bacısı inanmayıb və qardaşını axtarmağa davam edib.

Hadisənin üstü 2019-cu ildə açılıb. Qadın qardaşı qızına hadisəni etiraf etdirərək, səs yazısını polisə təqdim edib.

Araşdırma zamanı məlum olub ki, kişini işlə bağlı mübahisə zamanı bacanağı bıçaqlayaraq öldürüb və meyiti yaxınlıqdakı meşəlik ərazidə basdırıb.

Cinayətkar 2022-ci ildə 8 il müddətinə azadlıqdan məhrum edilib.

Roza

Oxumağa davam et
Reklam
Reklam

Gündəm