Danışıqlar İstanbulda baş tuta bilər - Kreml açıqladı
Bizi izləyin

Dünya

Danışıqlar İstanbulda baş tuta bilər - Kreml açıqladı

Kreml Ukrayna danışıqlarının növbəti mərhələsinin İstanbulda keçirilə biləcəyini bəyan edib.

Publika.az xəbər verir ki, bu barədə Kremlin sözçüsü Dmitri Peskov məlumat verib.

"Ukrayna ilə bağlı üçtərəfli danışıqların növbəti mərhələsi İstanbulda keçirilə bilər, lakin hələlik dəqiq detallar yoxdur. Yalnız sülh danışıqları prosesinin davam edəcəyi barədə razılıq var", - deyə o bildirib.

Qeyd edək ki, Rusiya və Ukrayna ötən il də İstanbulda üç mərhələli danışıqlar keçiriblər.

Roza

Oxumağa davam et
Reklam
Reklam

Gündəm