Putin bu ölkənin prezidenti ilə Yaxın Şərq münaqişəsini müzakirə etdi
Bizi izləyin

Dünya

Putin bu ölkənin prezidenti ilə Yaxın Şərq münaqişəsini müzakirə etdi

Rusiya prezidenti Vladimir Putin və BƏƏ prezidenti Məhəmməd bin Zayed Əl Nəhyan arasında telefon danışığı baş tutub.

Publika.az xəbər verir ki, bu barədə Kreml bəyanat yayıb.

Bildirilib ki, prezidentlər Yaxın Şərqdəki münaqişəni müzakirə ediblər.

"Liderlər Yaxın Şərqdə artan, İran və ərəb ölkələri üçün ciddi nəticələrə səbəb olan münaqişə vəziyyəti ilə bağlı fikir mübadiləsi aparıblar. Rusiya prezidenti münaqişənin daha da gərginləşməsinin qarşısını almaq və onu danışıqlar yolu ilə həll etmək lazım olduğunu vurğulayıb", - deyə bəyanatda qeyd olunub.

Roza

Oxumağa davam et
Reklam
Reklam

Gündəm