Dünya
ABŞ-ın bu ştatı təşvişdə: İran dronlarının hücumuna hazırlaşırlar
Federal Təhqiqat Bürosu (FTB) mümkün İran hücumları ilə bağlı Kaliforniyaya xəbərdarlıq edib.
Publika.az xəbər verir ki, bu barədə “ABC News” məlumat yayıb.
Bildirilib ki, İran Kaliforniya sahillərində naməlum bir gəmidən dronlarla hücum etməyi planlaşdırır. Hücumun nə vaxt, necə və kim tərəfindən həyata keçiriləcəyi ilə bağlı detallar hələlik məlum deyil.
Kaliforniya qubernatoru Qevin Nyusomun sözlərinə görə, Qubernatorun Təcili Yardım Xidmətləri Ofisi ictimaiyyəti qorumaq üçün ştat, yerli və federal təhlükəsizlik rəsmiləri ilə fəal şəkildə işləyir. “Hazırda hər hansı bir qaçılmaz təhlükədən xəbərdar deyilik, lakin ştatımızda hər cür fövqəladə hallara hazırıq”, - o qeyd edib.
Los-Anceles Şerif Departamenti də mövcud qlobal inkişaflar fonunda yüksək səviyyədə hazırlıqlı olduqlarını bildirib.
Daxili Təhlükəsizlik Departamentinin keçmiş kəşfiyyat rəhbəri Con Koen isə iki fərqli cəbhədən mümkün dron hücumlarının narahatlıq doğurduğunu vurğulayıb. O qeyd edib ki, İranın Meksika və Cənubi Amerikada əlaqələri və dron imkanları var.
Roza
-
İdman15:40Messinin 50 milyonluq təyyarəsi: Onu xüsusi edən nədir? - FOTO
-
Rəsmi xronika15:03İlham Əliyev fərman imzaladı
-
Rəsmi xronika14:48İlham Əliyev Qlobal Bakı Forumunun açılışında çıxış etdi - YENİLƏNDİ
-
Dünya14:44ABŞ-ın bu ştatı təşvişdə: İran dronlarının hücumuna hazırlaşırlar
-
Cənubi Qafqaz14:26Konstitusiyada Qarabağ olmayacaq, Qzoyan da buna görə istefa verəcək - Paşinyan
-
Nida Xəbər 13:34Nazir ona yüksək vəzifə verdi - FOTO
-
Nida Xəbər 12:54Ermənistan Konstitusiyasından Azərbaycana qarşı ərazi iddiası çıxarılacaq
-
Dünya11:50Şok hesabat: ABŞ kəşfiyyatı İranla bağlı həqiqəti açıqladı







.jpg)








.jpg)



















