Əraqçi ABŞ-ın iqtisadi itkilərindən danışdı: 200 milyard aysberqin görünən hissəsidir
Bizi izləyin

Dünya

Əraqçi ABŞ-ın iqtisadi itkilərindən danışdı: 200 milyard aysberqin görünən hissəsidir

İranın xarici işlər naziri Abbas Əraqçi ABŞ-ın İsrailə verdiyi dəstəyin maliyyə nəticələrini pisləyib və yaxınlaşan iqtisadi yükün hökumətin addımlarından qaynaqlandığını bildirib.

Publika.az xəbər verir ki, Əraqçi bu barədə “X” hesabında paylaşım edib.

O iddia edib ki, İrana qarşı davam edən ABŞ-İsrail müharibəsi təkcə iranlılar üçün deyil, həm də amerikalılara da baha başa gəlir.

“Həm iranlılara, həm də amerikalılara zorla qəbul etdirilən müharibənin üçüncü həftəsindəyik. 200 milyard dollar aysberqin yalnız görünən hissəsidir. Amerikalılar Netanyahuya və onun Konqresdəki köməkçilərinə ABŞ iqtisadiyyatına zərbə vurmaq üzrə olan trilyon dollarlıq "İsrail öncə” vergisinə görə təşəkkür edə bilərlər", - deyə o vurğulayıb.

Qeyd edək ki, “The Washington Post” nəşrinin hesabatına görə, İranla bağlı hərbi əməliyyatlar üçün Pentaqon 200 milyard dollardan artıq büdcə tələbi irəli sürüb.

Roza

Oxumağa davam et
Reklam
Reklam

Gündəm