Dünya
Məxfi plan açıldı: Avropa gizli nüvə silahı hazırlayır
Rusiya Xarici Kəşfiyyat Xidməti (SVR) Avropa İttifaqının (Aİ) öz nüvə silahı potensialını yaratmaq üçün gizli hazırlıqlara başladığını bəyan edib.
Publika.az "Kommersant"a istinadla xəbər verir ki, Brüssel bu addımı "Rusiya təhlükəsinin qarşısını almaq" zərurəti ilə əsaslandırır.
Kəşfiyyatın məlumatına görə, Avropa Komissiyasının sədri Ursula fon der Lyayen və digər yüksək rütbəli rəsmilər bu prosesin maksimum qapalı rejimdə saxlanılması barədə razılığa gəliblər. İctimaiyyətin diqqətini yayındırmaq üçün Brüssel hələ də ABŞ-ın "nüvə çətiri"nə sadiq qaldığını nümayiş etdirir, lakin pərdəarxasında tamamilə fərqli proseslər gedir.
Plana əsasən, ilk mərhələdə Böyük Britaniya və Fransa öz milli nüvə doktrinalarını koordinasiya edəcək, daha sonra isə "Ümumavropa nüvə çəkindirmə doktrinası" rəsmiləşdiriləcək. Hətta Avropa İttifaqının tam müstəqil nüvə qüvvələri komandanlığı yaratmaq imkanlarını da özündə saxladığı iddia edilir.
Rusiya kəşfiyyatı ABŞ və digər dünya ölkələrini bu prosesin qarşısını almağa çağırıb. Bəyanatda qeyd olunur ki, Avropanın öz nüvə arsenalını yaratması qlobal nüvə silahlanması yarışında qarşısıalınmaz və təhlükəli yeni mərhələnin başlanğıcı olacaq.
Müəllif: Adəm
-
MDB12:53Ermənistan Aİ-yə qoşulsa, aqibəti belə olacaq: Rusiyadan hədə dolu xəbərdarlıq
-
MDB12:40Putin-Zelenski görüşünə doğru: Kiyev Ankaradan xahiş edib ki...
-
Rəsmi xronika12:38Prezidentlərin geniş tərkibdə görüşü keçirildi - FOTO
-
İqtisadi gündəm12:20Azərbaycanın dövlət borcu açıqlandı
-
Sosial11:16Pərvin Quliyevaya yüksək vəzifə verildi
-
Dünya10:30ABŞ İslamabadda Tehrandan nə tələb edib? - İranın Tunisdəki səfiri hər şeyi açıqladı
-
Dünya10:06Amerikalı alim təsdiqlədi: Nuhun gəmisi oradadır
-
İdman09:42“Neftçi”nin bəyanatı AFFA-nı qorxuya saldı: Digər klublar da üsyana hazırlaşır?










.jpg)
.webp)
























