İran Hörmüz boğazında gəmilərin hərəkətini dayandırdı - Yeni qaydalar tətbiq olunacaq
Bizi izləyin

Dünya

İran Hörmüz boğazında gəmilərin hərəkətini dayandırdı - Yeni qaydalar tətbiq olunacaq

İran Hörmüz boğazında gəmilərin hərəkətini dayandırdı - Yeni qaydalar tətbiq olunacaq

İran tərəfi atəşkəs razılaşmasının pozulmasını əsas gətirərək Hörmüz boğazından gəmilərin keçidini müvəqqəti məhdudlaşdırıb.

Publika.az xəbər verir ki, bu barədə İranın "Fars" agentliyi məlumat yayıb.

Qeyd olunub ki, atəşkəs rejimi qüvvəyə mindikdən sonra yalnız iki neft tankeri boğazdan keçə bilib.

Hazırda tranzitin bərpa olunacağı vaxt barədə məlumat verilmir.

Eyni zamanda, İran gələcəkdə Hörmüz boğazı üçün yeni statusun müzakirə olunmasını və müəyyənləşdirilməsini planlaşdırır.

Bu barədə İranın BMT-nin Cenevrədəki Baş Qərargahındakı daimi nümayəndəsi, səfir Əli Bəhreyni məlumat verib.

Diplomatın sözlərinə görə, mövcud hərbi münaqişə həyatın bütün sahələrinə təsir göstərib və bu proses dəniz keçidinin hüquqi tənzimlənməsindən də yan keçməyəcək. O, konkret detalların yaxın vaxtlarda dəqiqləşəcəyini diqqətə çatdırıb:

"Hazırda su yolu ilə bağlı qüvvədə olan qaydalar müvəqqəti xarakter daşıyır. Qarşıdakı iki həftə ərzində dəniz dəhlizi vasitəsilə daşımalar müharibədən əvvəlki rejimdə fəaliyyət göstərməyəcək".

Tətbiq edilən yeni şərtlərə əsasən, boğazdan keçmək istəyən gəmilər öz adları, sahibləri və daşıdıqları yük barədə ətraflı məlumat təqdim etmək məcburiyyətindədir. (Teleqraf)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm