Dünya
Avropada yeni gərginlik: Baş nazir istefaya göndərildi
Rumıniya Parlamenti aprelin sonunda fəaliyyətə başlayan İlie Bolojan hökumətinə etimadsızlıq votumu göstərərək onu istefaya göndərib.
Publika.az xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumat yayıb.
Aprel ayından bəri azlıq hökumətinə rəhbərlik edən Bolojanın devrilməsi üçün parlamentin ən böyük qüvvəsi olan Sosial-Demokratlar gözlənilməz addım atıblar. Onlar dördtərəfli avropayönümlü koalisiyadan çıxaraq ifrat sağçı müxalifətlə ittifaq qurublar. Bu ittifaqın yeganə məqsədi yeni təyin olunmuş hökumət başçısını vəzifəsindən uzaqlaşdırmaq olub.
Məlumata görə, Sosial-Demokratlar və Bolojan arasında gərginlik uzun müddətdir davam edirdi. Baş nazirin tətbiq etdiyi sərt qənaət tədbirləri sosial-demokratların seçicilərinə və "himayədarlıq şəbəkələrinə" ciddi zərbə vurmuşdu. Digər tərəfdən, ölkədə əhalinin dəstəyinin getdikcə ifrat sağçılara meyil etdiyi müşahidə olunur.
Hazırda ölkədəki siyasi böhranın həlli mərkəzçi prezident Nikuşor Danın üzərinə düşür. Gözlənilir ki, dövlət başçısı partiyaları danışıqlara çağıracaq və dörd partiyalı Avropayönümlü koalisiyanı yeni baş nazir namizədi ilə yenidən bərpa etməyə çalışacaq.
Müəllif: Adəm
-
Köşə17:10“Bu zirvə Everestdən daha böyükdür” - Cəbrayılda dərs deyən müəllim
-
Sosial16:23Evlilikdə gözlənilməz dəyişiklik: Minlərlə qadın ikili...
-
İqtisadi gündəm15:53Kredit borcunu ödəməyənlərə VACİB XƏBƏR
-
Magazin114:40Qalmaqal Faiq Ağayevin toyunda başladı - Nazpəri Dostəliyeva
-
Sosial13:58Yüksək vəzifə verilən Nərgiz Şərifova kimdir?
-
MDB13:51Rusiya Kiyevi “Xəncər”lə vura bilər: Bütün diqqət bu tarixə yönəldi
-
Sosial13:47Kaya Kallas Azərbaycandadır
-
Dünya12:21Makron İrəvanda mahnı oxudu, Paşinyan baraban çaldı - VİDEO



















.jpg)










.png)

.jpg)





