Dünya
Soros bu ölkədə hakimiyyəti ələ keçirdi - Maskdan şok iddia
Amerikalı milyarder İlon Mask Macarıstandakı seçki nəticələri ilə bağlı qalmaqallı açıqlama verib.
Publika.az xəbər verir ki, o, məşhur maliyyəçi Corc Sorosun oğlu Aleksandr Sorosun paylaşımına sərt reaksiya göstərərək, ölkənin "Soros imperiyası"nın nəzarətinə keçdiyini iddia edib.
Hər şey Aleksandr Sorosun Macarıstan parlament seçkilərinin nəticələri barədə yazdığı "Macarıstan xalqı öz ölkəsini geri qaytardı" postu ilə başlayıb.
İlon Mask bu paylaşıma cavab olaraq "Sorosun fondu Macarıstanda hakimiyyəti götürdü", - deyə qeyd edib.
Macarıstanda keçirilən parlament seçkilərində səslərin 98,79%-i sayıldıqdan sonra müxalif "Tisa" partiyası böyük üstünlük əldə edib. Proqnozlara görə, müxalifət 199 yerlik parlamentdə 138 mandat qazanaraq ciddi qələbəyə imza atıb.
Xatırladaq ki, Corc Sorosun oğlu Aleksandr Soros hələ 2022-ci ilin dekabrında "Açıq Cəmiyyət" Fondunun rəhbərliyində atasını əvəz edib. Maskın bu çıxışı Soros ailəsinin Avropa siyasətinə təsiri ilə bağlı müzakirələri yenidən alovlandırıb.
Müəllif: Adəm
-
Qoroskop02:00Günün ulduz falı: gözlənilməz fürsətlər yarana bilər
-
ABŞ01:40Ağ Ev yaxınlığında atışma: xəsarət alan var
-
Dünya4 May 23:55Zelenskidən atəşkəs qərarı
-
Dünya4 May 20:24İran BƏƏ-yə hücum etdi, güclü yanğın başladı
-
İdman4 May 20:12Sovrulan milyardlar: Futbol tarixinin ən biabırçı fiaskosu yaşanır
-
Rəsmi xronika4 May 19:05Prezident Melonini belə qarşıladı - Video
-
Sosial4 May 18:40Bu rayonlara 6 ay istilik veriləcək - Siyahı
-
Sosial4 May 16:32Hava ilə bağlı xəbərdarlıq: Sabahdan...

























.png)


.jpg)



