Dünya
Macarıstanda "Orban erası" bitdi: Yeni liderin Rusiya və Ukrayna mövqeyi necə olacaq?
Macarıstanda keçirilən parlament seçkilərində qalib gələn müxalif "Tisa" partiyasının lideri Peter Maryar ölkənin xarici siyasətində ciddi dəyişikliklərin siqnalını verib.
Publika.az xəbər verir ki, bu barədə nüfuzlu "The New York Times" nəşri məlumat yayıb.
Avropa İttifaqının Rusiya ilə enerji bağlarını qoparmağa çalışdığı bir vaxtda Maryar fərqli mövqe nümayiş etdirib.
O bildirib ki, Macarıstan enerji asılılığından qurtulmalı olsa da, Rusiyadan resurs idxalı hələ də mümkün variant kimi masada qalmalıdır.
Yeni rəhbərliyin gəlişi ilə rəsmi Budapeştin Ukrayna siyasətində də yumşalma gözlənilir. Belə ki, Viktor Orban hökuməti tərəfindən bloklanan Ukraynaya 90 milyard avroluq kreditin yeni hökumət tərəfindən sərbəst buraxılacağı ehtimal edilir.
Peter Maryar Rusiya ilə dialoqda Ukraynanın maraqlarını təmsil etmək niyyətində olmadığını kəskin şəkildə ifadə edib: "Heç kim Macarıstanda ukraynapərəst hökumət istəmir, hamı macarıstanpərəst hökumət istəyir", - deyə o vurğulayıb.
Müəllif: Adəm
-
Qoroskop02:00Günün ulduz falı: gözlənilməz fürsətlər yarana bilər
-
ABŞ01:40Ağ Ev yaxınlığında atışma: xəsarət alan var
-
Dünya4 May 23:55Zelenskidən atəşkəs qərarı
-
Dünya4 May 20:24İran BƏƏ-yə hücum etdi, güclü yanğın başladı
-
İdman4 May 20:12Sovrulan milyardlar: Futbol tarixinin ən biabırçı fiaskosu yaşanır
-
Rəsmi xronika4 May 19:05Prezident Melonini belə qarşıladı - Video
-
Sosial4 May 18:40Bu rayonlara 6 ay istilik veriləcək - Siyahı
-
Sosial4 May 16:32Hava ilə bağlı xəbərdarlıq: Sabahdan...

























.png)


.jpg)



