Dünya
80-dən çox kokain kapsulunu udaraq ölkəyə keçirmək istədi, saxlanıldı
Polşada qeyri-adi narkotik qaçaqmalçılığı faktı aşkarlanıb.
Publika.az “RMF24” nəşrinə istinadən xəbər verir ki, hadisə Qdansk hava limanında baş verib.
Məlumata görə, Londondan gələn Polşa vətəndaşı 80-dən çox kokain kapsulu udaraq ölkəyə keçirməyə cəhd edib.
Gömrük yoxlaması zamanı sərnişinin çantasında ağ toz olan kapsul tapılıb və maddənin kokain olduğu təsdiqlənib.
Araşdırma zamanı 40 yaşlı kişi qadağan olunmuş maddələri udduğunu etiraf edib. Xəstəxanaya aparılan şəxsin orqanizmində çoxsaylı kapsulların olduğu müəyyən edilib. Ümumilikdə təxminən 0,8 kiloqram kokain aşkar edilib.
Məhkəmənin qərarı ilə həmin şəxs 3 aylıq həbs edilib. Ona narkotik qaçaqmalçılığına cəhd ittihamı ilə 20 ilə qədər həbs cəzası verilə bilər.
Müəllif: Roza
-
Dünya4 May 23:55Zelenskidən atəşkəs qərarı
-
Dünya4 May 20:24İran BƏƏ-yə hücum etdi, güclü yanğın başladı
-
İdman4 May 20:12Sovrulan milyardlar: Futbol tarixinin ən biabırçı fiaskosu yaşanır
-
Rəsmi xronika4 May 19:05Prezident Melonini belə qarşıladı - Video
-
Sosial4 May 18:40Bu rayonlara 6 ay istilik veriləcək - Siyahı
-
Sosial4 May 16:32Hava ilə bağlı xəbərdarlıq: Sabahdan...
-
Sosial4 May 16:09Qaraheybətdə bədbəxt hadisə - Kursant öldü
-
Cənubi Qafqaz4 May 15:06Paşinyan elan etdi: Bu tarixdə Bakıya səfər etmək istəyir




























.png)


.jpg)



