Dünya
Qalmaqal: Trampa qarşı çıxan baş nazirin həyat yoldaşı 4 ittihamla üzləşdi
İspaniyanın baş naziri Pedro Sançesin həyat yoldaşı Maria Beqona Qomes barəsində aparılan istintaq çərçivəsində hazırlanmış ittiham aktı məhkəmə tərəfindən qəbul edilib.
Publika.az xəbər verir ki, bu barədə BBC məlumat yyaıb.
Bildirilib ki, Qomesə qarşı mənimsəmə, nüfuz alveri, kommersiya fəaliyyətində korrupsiya və dövlət vəsaitlərindən qanunsuz istifadə daxil olmaqla 4 ayrı maddə üzrə ittiham irəli sürülüb.
İstintaq materiallarına əsasən, Qomesin, baş nazirin həyat yoldaşı statusundan istifadə edərək müxtəlif qurumlarla imtiyazlı əlaqələr qurduğu və bəzi şirkətlərə haqsız üstünlüklər yaratdığı iddia olunur.
Araşdırma çərçivəsində Qomesin Monkloa Sarayındakı (baş nazirin iqamətgahı) müşaviri Kristina Alvares və iş adamı Xuan Karlos Barrabes barəsində də cinayət işinin açılmasına qərar verilib. Hakim tərəflərə müdafiə üçün 5 gün vaxt verib.
Lakin Beqona Qomes ittihamları rədd edib. Baş nazir Pedro Sançes isə baş verənləri müxalifətin təşkil etdiyi siyasi kampaniya kimi qiymətləndirib.
Qeyd edək ki, İspaniya qanunvericiliyinə əsasən, nüfuz alveri və mənimsəmə kimi ağır cinayətlər münsiflər məhkəməsində araşdırılır. Məhkəmə prosesinin tarixinin yaxın günlərdə açıqlanacağı gözlənilir.
Qeyd edək ki, İspaniyanın baş naziri ABŞ-ın İrana hücumuna qarşı çıxmışdı.
Müəllif: Roza
-
Dünya4 May 23:55Zelenskidən atəşkəs qərarı
-
Dünya4 May 20:24İran BƏƏ-yə hücum etdi, güclü yanğın başladı
-
İdman4 May 20:12Sovrulan milyardlar: Futbol tarixinin ən biabırçı fiaskosu yaşanır
-
Rəsmi xronika4 May 19:05Prezident Melonini belə qarşıladı - Video
-
Sosial4 May 18:40Bu rayonlara 6 ay istilik veriləcək - Siyahı
-
Sosial4 May 16:32Hava ilə bağlı xəbərdarlıq: Sabahdan...
-
Sosial4 May 16:09Qaraheybətdə bədbəxt hadisə - Kursant öldü
-
Cənubi Qafqaz4 May 15:06Paşinyan elan etdi: Bu tarixdə Bakıya səfər etmək istəyir




























.png)


.jpg)



