Dünya
Telefon qadağan edilib, gərginlik yaşanıb, səhərə yaxın... - İslamabadda nə baş verib?
ABŞ və İran arasında İslamabadda keçirilən danışıqlarda tərəflər razılığa yaxın olsalar da, sonda etimadsızlıq səbəbindən razılaşma ləğv edilib.
Publika.az xəbər verir ki, görüşün təfərrüatları ilə bağlı “Reuters” mənbələrə istinadən məlumat yayıb.
Agentliyin məlumatına görə, Amerika tərəfi İranın heç vaxt nüvə silahı əldə etməyəcəyinə dair zəmanətdə israr edib. İranlılar isə öz növbəsində Vaşinqtonun niyyətlərinə etibar etməyiblər.
Danışıq iştirakçılarından biri bildirib ki, tərəflər həllolunmaz fikir ayrılıqları ilə qarşılaşmazdan əvvəl hər şeyi 80 faiz razılaşdırıblar.
Danışıqlar gərgin və düşmənçilik atmosferində keçib. Əsas zalda telefonlar qadağan edilib və bu da nümayəndələri rəhbərliklə əlaqə saxlamaq üçün dəhlizə çıxmağa məcbur edib.
Bazar günü səhərə yaxın vəziyyət bir qədər yaxşılaşıb və dialoqu davam etdirmək mümkün olub, lakin yekun irəliləyiş əldə edilməyib.
Müəllif: Tural
-
Dünya4 May 23:55Zelenskidən atəşkəs qərarı
-
Dünya4 May 20:24İran BƏƏ-yə hücum etdi, güclü yanğın başladı
-
İdman4 May 20:12Sovrulan milyardlar: Futbol tarixinin ən biabırçı fiaskosu yaşanır
-
Rəsmi xronika4 May 19:05Prezident Melonini belə qarşıladı - Video
-
Sosial4 May 18:40Bu rayonlara 6 ay istilik veriləcək - Siyahı
-
Sosial4 May 16:32Hava ilə bağlı xəbərdarlıq: Sabahdan...
-
Sosial4 May 16:09Qaraheybətdə bədbəxt hadisə - Kursant öldü
-
Cənubi Qafqaz4 May 15:06Paşinyan elan etdi: Bu tarixdə Bakıya səfər etmək istəyir




























.png)


.jpg)



