Dünya
Mübahisəli plan təsdiqləndi - Eskobarın begemotları məhv ediləcək
Kolumbiya məşhur narkobaran Pablo Eskobara məxsus begemotların (su atı-red.) məhv edilməsi planına yaşıl işıq yandırıb.
Publika.az xəbər verir ki, bu barədə Kolumbiya ətraf mühit naziri İrene Velez açıqlama yayıb.
Onun sözlərinə görə, begemotları nəzarətdə saxlamaq üçün sterilizasiya və zooparklara yerləşdirmə kimi tədbirlər təsirli olmayıb və onların məhv edilməsi planı təsdiqlənib.
"Bu qərar təxminən 80 begemota tətbiq olunacaq. Bunu etməsək, begemot populyasiyasını nəzarətdə saxlaya bilmərik. Ekosistemimizi qorumaq üçün bunu etməliyik”, - deyə o bildirib.
Qeyd edək ki, Pablo Eskobarın ölümündən sonra, onun bütün heyvanları ölkə daxilindəki zooparklara köçürülüb. Hakimiyyət orqanları bildirir ki, təxminən 30 il ərzində Eskobarın begemotları çoxalmağa davam edib. Bununla da, ölkədəki hazırkı begemot populyasiyası həddindən artıqdır və bu da ekosistemə zərər verə bilər.
Müəllif: Roza
-
Dünya20:24İran BƏƏ-yə hücum etdi, güclü yanğın başladı
-
İdman20:12Sovrulan milyardlar: Futbol tarixinin ən biabırçı fiaskosu yaşanır
-
Rəsmi xronika19:05Prezident Melonini belə qarşıladı - Video
-
Sosial18:40Bu rayonlara 6 ay istilik veriləcək - Siyahı
-
Sosial16:32Hava ilə bağlı xəbərdarlıq: Sabahdan...
-
Sosial16:09Qaraheybətdə bədbəxt hadisə - Kursant öldü
-
Cənubi Qafqaz15:06Paşinyan elan etdi: Bu tarixdə Bakıya səfər etmək istəyir
-
İdman12:22Şakiranın konsertində Pikeni təhqir etdilər




























.png)


.jpg)



