Dünya
Meloni açıqladı: İsraillə razılaşma ləğv olundu
İtaliya və İsrail arasındakı müdafiə müqaviləsi Yaxın Şərqdəki gərginliklər səbəbindən ləğv edilib.
Publika.az “Ansa” agentliyinə istinadən xəbər verir ki, bu barədə İtaliyanın Baş naziri Corcia Meloni açıqlama yayıb.
Onun sözlərinə görə, İsrail ilə imzalanan hərbi texnika və texnologiya tədqiqatlarının mübadiləsini əhatə edən müdafiə müqaviləsi rəsmən dayandırılıb.
"Mövcud vəziyyəti nəzərə alaraq, hökumət İsrail ilə imzaladığı müdafiə müqaviləsinin avtomatik yenilənməsini dayandırmaq qərarına gəlib", - deyə Meloni qeyd edib.
Qeyd edək ki, İsrail tərəfindən 2006-cı ildə təsdiqlənən müqavilə hər beş ildən bir nəzərdən keçirilir. Bu müqavilə müdafiə sənayesi, hərbi personalın təlimi və təhsili, tədqiqat və inkişaf, informasiya texnologiyaları kimi sahələrdə əməkdaşlığı nəzərdə tutur.
Müəllif: Roza
-
Dünya20:24İran BƏƏ-yə hücum etdi, güclü yanğın başladı
-
İdman20:12Sovrulan milyardlar: Futbol tarixinin ən biabırçı fiaskosu yaşanır
-
Rəsmi xronika19:05Prezident Melonini belə qarşıladı - Video
-
Sosial18:40Bu rayonlara 6 ay istilik veriləcək - Siyahı
-
Sosial16:32Hava ilə bağlı xəbərdarlıq: Sabahdan...
-
Sosial16:09Qaraheybətdə bədbəxt hadisə - Kursant öldü
-
Cənubi Qafqaz15:06Paşinyan elan etdi: Bu tarixdə Bakıya səfər etmək istəyir
-
İdman12:22Şakiranın konsertində Pikeni təhqir etdilər




























.png)


.jpg)



