Orban getdi: Zelenski “Drujba” neft kəmərini açır
Bizi izləyin

Dünya

Orban getdi: Zelenski “Drujba” neft kəmərini açır

Orban getdi: Zelenski “Drujba” neft kəmərini açır

Ukrayna prezidenti Vladimir Zelenski Macarıstanın keçmiş Baş naziri Viktor Orbanın məğlubiyyətindən sonra “Drujba” neft kəmərinin təmirini sürətləndirib.

Publika.az “Lenta.ru”ya istinadən xəbər verir ki, Zelenski bu barədə Almaniya kansleri Fridrix Merts ilə birgə brifinqdə bildirib.

"Boru kəməri aprelin sonuna qədər təmir olunacaq", - deyə o qeyd edib.

Zelenskinin sözlərinə görə, həmin vaxta qədər neft kəməri yalnız qismən, onun işini bərpa etməyə imkan verəcək səviyyədə təmir ediləcək. O qeyd edib ki, rezervuarların tam təmiri üçün daha çox vaxt tələb olunur.

Müəllif: Roza

Oxumağa davam et
Reklam
Reklam

Gündəm