Dünya
“Avroviziya-2026”-nın İsveç təmsilçisi İsrailə görə ölümlə təhdid edildi
“Avroviziya-2026” mahnı müsabiqəsində İsveçi təmsil etməyə hazırlaşan Felisiya Eriksson ölüm təhdidləri ilə üzləşib.
Publika.az xəbər verir ki, müğənni bu barədə “VG” qəzetinə müsahibəsində danışıb.
O bildirib ki, İsrailin yarışmadan kənarlaşdırılması lazım olduğunu iddia etdiyi açıqlamalarından sonra ölüm təhdidləri almağa başlayıb:
"Bu açıqlamalarımdan sonra dəhşətli mesajlar almağa başladım. Sosial mediada birbaşa ölüm təhdidləri və ailəmin hədəfə alınacağı kimi ifadələr ehtiva edən mesajlar alıram”, - deyə o vurğulayıb.
Qeyd edək ki, İsveç təmsilçisi ötən ay "İsrailin müsabiqədə iştirak etməsinə icazə verilməsinin düzgün olduğunu düşünmürəm. Gedib-getməmək barədə uzun müddət tərəddüd etdim, amma nəhayət qərar verdim. İştirak edəcəyəm, amma onların qalib gəlməməsi üçün əlimdən gələni edəcəyəm” açıqlamasını vermişdi.
Müəllif: Roza
-
Hadisə15:42NASA alimləri və generallar bir-bir yox çıxır - Nə baş verir?
-
Sosial15:00Əli Əsədov yeni qərar imzaladı
-
Hadisə14:25Bakıda Xalq artistinin qardaşı qızının meyiti tapıldı - VİDEO/FOTO
-
Cənubi Qafqaz13:30Avropa anti-Azərbaycan missiyasından sonra İrəvana nə göndərir? - Detallar
-
Nida Xəbər 11:05Əli Əsədov sərəncam imzaladı
-
Nida Xəbər 10:06196 ölkədə axtarılan İnqilab Babayev belə ələ keçirildi - VİDEO
-
İdman10:00Qalmaqallı futbolçu yeni sevgili tapdı: Özündən 14 yaş kiçikdir - FOTOLAR
-
Dünya09:48Qalmaqal: Tərcüməçi Zelenskinin çıxışından sonra söyüş söydü
























.webp)













