Dünya
Rusiyanın dəstəyi ilə siyasətə gəlib, mafiya ilə mübarizə vəd etdi: Rumen Radev kimdir?
Xəbər verdiyimiz kimi, Bolqarıstanda keçirilən növbədənkənar parlament seçkilərində sabiq prezident Rumen Radevin "Proqressiv Bolqarıstan" koalisiyası 44,48 faiz səs toplayaraq inanılmaz bir fərqlə liderliyə yüksəlib.
Publika.az “Milliyet”ə istinadən xəbər verir ki, Rumen Radev Rusiya ilə münasibətlərin yenilənməsini müdafiə etməsi və Ukraynaya silah təchizatını tənqid etməsi ilə tanınır.
62 yaşlı siyasətçi parlament seçkilərində iştirak etmək üçün prezidentlik vəzifəsindən istefa verib. O seçki kampaniyasını yoxsulluğun və inflyasiyanın qarşısını almaq, həmçinin mafiyanın ölkə siyasətinə təsirini aradan qaldırmaq vədləri üzərində qurub.
Qərbin Rusiyaya qarşı sanksiyalarına etiraz edən və qonşu ölkə Şimali Makedoniyanın Avropa İttifaqı (Aİ) üzvlüyünə qarşı çıxan siyasi xətti ilə tanınan Rumen Radev, Bolqarıstanın avroya keçməsinə də açıq şəkildə etiraz edib.
Digər tərəfdən, Radev ölkənin Aİ və NATO üzvlüyünün davam etdirilməsini də dəstəkləyib. Qeyd edək ki, keçmiş hava qüvvələri komandanı olan Radev, 2016-cı ildə Moskvaya yaxın mövqedə olan Bolqarıstan Sosialist Partiyasının dəstəyi ilə prezident seçilərək siyasətə daxil olub.
2021-ci ildə yenidən seçilən Radev, səlahiyyət müddəti 2027-ci ildə başa çatmalı olsa da, yanvar ayında istefa verib və mart ayında "Proqressiv Bolqarıstan" partiyasını qurub.
Müəllif: Roza
-
Dünya15:36Türklər Rusiyanın bu şəhərinə axın edirlər: Səbəb nədir?
-
Sosial14:20AzTV-də dəyişikliklər: Bəzi şöbələr birləşdirilir, islahatlar başlayır
-
Sosial13:49Fuad Nəcəfli Baş Prokurorluqda dindirildi
-
Sosial12:33Pensiya alanlara şad xəbər!
-
Yaxın Şərq11:38Çıxılmaz vəziyyət: İranın gözlənilməz gedişi ABŞ-ın gizli planını alt-üst etdi
-
Dünya10:35Paşinyan xalqa Azərbaycanla bağlı çağırış etdi
-
MDB09:54Rusiya Kiyevi də, Odessanı da tuta bilər - Amerikalı polkovnik
-
Dünya09:18Məşhur uşaq qidasında siçan zəhəri tapıldı: Azərbaycanda da satılır - FOTO











.jpg)






















