Dünya
Netanyahu bu ölkəyə girən kimi qandallanacaq - Əmri kim verdi?
Macarıstanın gələcək baş naziri Peter Maqyar İsrailin baş naziri Benyamin Netanyahu ilə bağlı sensasion açıqlama verib.
Publika.az xəbər verir ki, o, jurnalistlərə açıqlamasında International Criminal Court (Beynəlxalq Cinayət Məhkəməsi) tərəfindən axtarışda olan şəxslərin Macarıstan ərazisinə daxil olacağı təqdirdə saxlanılmalı olduğunu bildirib.
Maqyar vurğulayıb ki, ölkəsi həmin qurumun üzvü olaraq qalacaq və onun qərarlarına əməl etməyə borcludur: “Əgər kimsə Beynəlxalq Cinayət Məhkəməsi tərəfindən axtarılırsa və həmin şəxs ölkəmizin ərazisinə daxil olursa, o, saxlanılmalıdır”.
Xatırladaq ki, 21 noyabr 2024-cü ildə International Criminal Court İsrailin baş naziri Benyamin Netanyahu və keçmiş müdafiə naziri Yoav Qallant barəsində həbs orderi çıxarıb. Onlar Qəzza zolağında insanlığa qarşı cinayətlər və müharibə cinayətləri törətməkdə ittiham olunurlar.
Bu qərar Qərb ölkələrində birmənalı qarşılanmayıb. Bəzi dövlətlər Məhkəməni dəstəklədiklərini və order icra olunarsa yerinə yetirəcəklərini bəyan ediblər. Digərləri isə İsrailin HƏMAS-la eyni müstəviyə qoyulmasını qəbuledilməz hesab ediblər.
Müəllif: Adəm
-
İnanc21:26Qurban kəsərkən edilən böyük səhvlər - İllərdir yanlış bilirmişik
-
MDB21:13Rusiya XİN-dən xəbərdarlıq - Dərhal Kiyevi tərk edin!
-
Elm və təhsil19:20Azərbaycanda yeni universitet yaradılacaq
-
Ekologiya18:10Sabah Bakıya yağış yağacaq - Xəbərdarlıq
-
Rəsmi xronika17:20İlham Əliyev sərəncam imzaladı
-
Sosial17:16Prezidentdən soyuducu anbarlarla bağlı tapşırıq
-
Sosial16:52İTV-nin yeni baş direktoru müəyyən oldu
-
Rəsmi xronika16:09Prezident müşavirə keçirdi - FOTOLAR/YENİLƏNDİ


















.jpg)



















