Xəbərdarlıq edildi: 8 bal gücündə zəlzələ ola bilər
Bizi izləyin

Dünya

Xəbərdarlıq edildi: 8 bal gücündə zəlzələ ola bilər

Xəbərdarlıq edildi: 8 bal gücündə zəlzələ ola bilər

Xəbər verdiyimiz kimi, Yaponiyanın Tohoku bölgəsinin şimal-şərq sahillərinin şərqində 7.5 bal gücündə zəlzələ baş verib.

Publika.az xəbər verir ki, Yaponiya Meteorologiya Agentliyi (JMA) bölgədə riskin davam etdiyini açıqlayıb.

Mütəxəssislərin xəbərdarlığına görə, ölkədə 8 bal gücündə zəlzələ baş ver bilər.

“Gələn həftə daha güclü sarsıntılara səbəb ola və daha böyük dalğalar yarada biləcək yeni zəlzələlərin baş verməsi gözlənilir”, - açıqlamada bildirilib.

Qeyd edək ki, dünənki zəlzələ 10 kilometr dərinlikdə qeydə alınıb. Zəlzələdən sonra sahil ərazilərində yaşayan təxminən 170 min insana 3 metrə çatacağı proqnozlaşdırılan sunami dalğaları səbəbindən daha hündür yerlərə köçmək tapşırılıb.

Müəllif: Roza

Oxumağa davam et
Reklam
Reklam

Gündəm