İrana hücum Tramp üçün riskə çevrildi: İstefa verə bilər
Bizi izləyin

Dünya

İrana hücum Tramp üçün riskə çevrildi: İstefa verə bilər

İrana hücum Tramp üçün riskə çevrildi: İstefa verə bilər

ABŞ və İsrailin İrana hücumlarının mübahisəli nəticələri ABŞ prezidenti Donald Trampın vəzifəsindən istefa verməsini zəruri edə bilər.

Publika.az xəbər verir ki, bunu rusiyalı professor Yuri Jdanov “Mk.ru”ya müsahibəsində bildirib.

O, bu ssenarinin mümkün edə biləcək bir sıra səbəbləri sadalayıb. Jdanovun sözlərinə görə, Trampın rəqibləri və bəzi analitiklər onun reallığı adekvat qavramadığını və davranışlarının qeyri-sabit olduğunu iddia edir: Məhz psixi sağlamlıqla bağlı şübhələr onu istefaya apara bilər. Həmçinin qalmaqallı çıxışları, sosial şəbəkələrdə təhqiramiz, qəribə və bəzən məntiqsiz paylaşımları da buraya aiddir”.

Professor qeyd edib ki, Trampın uğursuz xarici siyasəti də ona olan inamı azaldır:

“Xüsusilə İranla müharibənin nəticələri və bunun ABŞ daxilində mənfi təsirləri bu ssenarini yaxınlaşdırır. Ona qarşı həmçinin, siyasi və ictimai təzyiq də artıb. Tramp demokratlar, bəzi respublikaçılar və keçmiş müttəfiqlər tərəfindən tənqidlərlə üzləşir. Cəmiyyət daxilində də Trampla bağlı narahatlıqlar artıb. Sorğulara görə, amerikalıların bir hissəsi onu artıq uyğun namizəd hesab etmir. Bəzi iddialara görə, onu dəstəkləyən güclər artıq missiyasını tamamladığını düşünə və getməsini istəyə bilər”.

Müəllif: Roza

Oxumağa davam et
Reklam
Reklam

Gündəm