Moskvada İsrail vətəndaşları saxlanıldı: İranın düşmənləri Rusiyanın da düşmənləridir
Bizi izləyin

Dünya

Moskvada İsrail vətəndaşları saxlanıldı: İranın düşmənləri Rusiyanın da düşmənləridir

Moskvada İsrail vətəndaşları saxlanıldı: İranın düşmənləri Rusiyanın da düşmənləridir

İsraildən Rusiyanın paytaxtı Moskvaya gedən 40 İsrail vətəndaşı hava limanında İranla müharibədə iştirak etdikləri iddiası ilə saxlanılıb.

Publika.az xəbər verir ki, bu barədə “Mediazona” agentliyi məlumat yayıb.

Bildirilib ki, saxlanılanların mobil telefonları yoxlanılaraq, onlara "İran Rusiyanın müttəfiqidir və İranın düşməni Rusiyanın da düşmənidir" deyilib və Moskvaya səfərlərinin xoş qarşılanmadığı bildirilib.

Onlar həmçinin qanun pozuntularına qarşı "xəbərdarlıqlar" ehtiva edən sənədləri imzalamağa məcbur ediliblər. İsrail vətəndaşları saatlarla dindirildikdən sonra sərbəst buraxılıblar.

İsrailin "Jerusalem Post" qəzeti hadisənin İsrail Xarici İşlər Nazirliyinin sözçüsü tərəfindən təsdiqləndiyini bildirib.

"Hadisədən xəbərdar olan kimi xarici işlər naziri Gideon Saar nazirlik işçilərinə Rusiya Xarici İşlər Nazirliyi və Moskvadakı İsrail səfirliyi ilə birlikdə tədbir görmələri tapşırılıb. Bu müdaxilədən sonra problem həll edilib və israillilərin ölkəyə girişi təsdiqlənib. Ruslara bu davranışın qəbuledilməz olduğu açıq şəkildə bildirilib”, - deyə sözçü qeyd edib.

Müəllif: Roza

Oxumağa davam et
Reklam
Reklam

Gündəm