İdman
Rəhim Həsənov niyə istefa vermir?
AFFA Hakimlər Komitəsinin sədri Rəhim Həsənov Azərbaycan Premyer Liqasının 28-ci turunda “Zirə”nin “Neftçi” ilə matçda qolu qaydalar çərçivəsində vurmadığını təsdiqləyib.
Allah bilir ki, Rəhim Həsənov neçənci dəfədir hakimlərinin kobud, oyun nəticəsinə birbaşa təsir edən səhvlər buraxdığını bildirir.
Bildirir , bildirir, amma heç nə dəyişmir.
Hakimlər kobud səhvlər edirlərsə, buna ilk növbədə cavabdeh olan şəxs məhz Rəhim Həsənovdur.
Ancaq deyəsən komitə sədr məsuliyyətinin nədən ibarət olduğunu tamamilə unudub.
Rəhim Həsənov elə bilir ki, fəaliyyəti hər turdan sonra hakimlərini “baqaja” qoymaqdan ibarətdir.
Həsənov AFFA Hakimlər Komitəsinin sədridir. Hər tur yaşanan biabırçılıqda birbaşa məsuliyyət onun üzərindədir.
Komandalar bu kobud səhvlər ucbatından xallar itirirlər, il boyu mübarizə apardıqları hədəfə məhz hakimlərin səhvi ucbatından çata bilmirlər. Rəhim Həsənov isə heç nə baş vermirmiş kimi, öz işindədir. İşi də budur: Hər turdan sonra hakimlərin oyunun nəticəsinə birbaşa təsir etdiklərini demək.
Amma belə olmamalıdır axı. Özünə hörmət edən peşəkar bu biabırçılıqlardan sonra “mən bacarmadım” deyərək getməlidir. Rəhim Həsənov istefa verməlidir! Yaxşı, istefa vermir, bəs AFFA rəhbərliyi nəyi gözləyir:? Axı bu hakim səhvləri birbaşa AFFA-nın da imicinə böyük zərbə vurur. Ölkə futbolunda sağlam rəqabət prinsipi pozulur.
Rəhim Həsənov istefa vermir və AFFa da onu istefaya göndərmir... Ümid edirəm ki, hər kəs Azərbaycan futbolunda baş verənlərin mahiyyətini anladı. Hakim səhvlərinə davam!
Natiq Muxtarlı
-
İdman20:18Portuqaliyalı baş məşqçi Azərbaycan klubundan ayrıldı - Haqqımda xəbər yayılmışdı ki...
-
Kriminal18:4821 yaşlı qadın qətlə yetirildi, əri saxlanıldı - Video/Təfərrüat
-
Magazin118:36"Küçədə uşağıma elə sözlər dedi ki..." - Aparıcının həyat yoldaşı od püskürdü
-
Ekologiya17:30Azərbaycanın bu ərazilərinə qar yağacaq
-
Region16:28Polis CHP-nin binasına girməyə çalışır - VİDEO
-
MDB14:47Kiyevin vurulmasına Dövlət Dumasından reaksiya: "Ukraynanı xəritədən silə bilərik!"
-
Region14:30İran polisindən Azərbaycan konsulunun həlak olduğu qəza ilə bağlı açıqlama
-
MDB13:44Kiyev "Oreşnik"lə belə vuruldu - VİDEO


























.jpg)










