Ehtiyatlı ol, Moskvaya gedirsən - Nazirdən deputata atmaca
Bizi izləyin

Dünya

Ehtiyatlı ol, Moskvaya gedirsən - Nazirdən deputata atmaca

Ehtiyatlı ol, Moskvaya gedirsən - Nazirdən deputata atmaca

Yaponiya parlamentində maraqlı və zarafat dolu anlar yaşanıb. Ölkənin xarici işlər naziri Tosimitsu Moteqi hakim Liberal Demokrat Partiyasının deputatı Muneo Suzukiyə Moskvaya gözlənilən səfəri ilə bağlı "xəbərdarlıq" edib.

Publika.az Rusiya mətbuatına istinadən xəbər verir ki, nazir parlamentin yuxarı palatasının komitə iclasındakı çıxışı zamanı deputata atmaca atıb. "Eşitmişəm ki, mayın 3-dən Moskvaya gedirsiniz. Yolunuz uğurlu olsun, amma ehtiyatlı olun”, - deyə Moteqi zarafatla qeyd edib.

Nazirin bu sözləri zalda gülüşlə qarşılanıb. Deputat Suzuki isə zarafata cavab olaraq bildirib ki, "Rusiyada Yaponiya XİN rəhbərinin fəaliyyətini çox yüksək qiymətləndirirlər".

Qeyd edək ki, Yaponiya mediasının yaydığı məlumata görə, parlamentin müvafiq komitəsi deputatın 3-6 may tarixlərində Rusiyaya səfərinə artıq icazə verib. Muneo Suzuki Rusiya ilə sıx əlaqələri olan siyasətçi kimi tanınır. O, vaxtilə baş nazirlər Sindzo Abe və Yoşihide Suquya Rusiya ilə münasibətlər üzrə məsləhətlər verib.

Suzukinin sonuncu Moskva səfəri ötən ilin dekabrında baş tutub.

Müəllif: Adəm

Oxumağa davam et
Reklam
Reklam

Gündəm